Avroliqada da III təsnifat mərhələsinə start verildi – NƏTİCƏLƏR

Avropa Liqasında da III təsnifat mərhələsinə start verilib.

Etikxeber.az xəbər verir ki, ilk oyunlar çərçivəsində üç qarşılaşma baş tutub.

Meydana çıxan bütün komandalar qol vurmağa nail olublar.

Ev sahibləri günü qələbəsiz başa vurublar.

Yalnız “Riqa” HİK-lə heç-heçə edib.

Səfərdə oynayanlardan “Saburtalo” “Ararat”ı, “Linfild” “Sutyeska”nı 2:1 hesabı ilə məğlub edib.

Yeri gəlmişkən, sonuncu cütün qalibi pley-offda Çempionlar Liqasının APOEL – “Qarabağ” duelində uduzan komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk oyunlara avqustun 8-də yekun vurulacaq.

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
Çempionlar yolu
6 avqust

19:00. “Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan) – 1:2
20:00. “Riqa” (Latviya)  – HİK (Finlandiya) – 1:1
22:15. “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) – 1:2

Etikxeber.az

Read Previous

“Düşmənpərəst, erməni bayrağı olan stadion çökdürülməli idi…” – TAHİR SÜLEYMANOV – RƏYLƏR – YENİLƏNİB

Read Next

“Flamenqo” bu futbolçuya ildə 4 milyon avro təklif edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir