Avroliqa: “QARABAĞ”- APOEL- 2:2 – YENİLƏİNİB – (7)

 “Qarabağ” bu gün növbəti matçını keçirəcək.

Etikxeber.az-ın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin növbəti  turunda meydana çıxacaq.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşəcək. Bu, əyalət təmsilçisinin ikinci ev oyunu olacaq.

 İlk turda İspaniya “Sevilya”sına 0:3 hesabı ilə uduzan “Qarabağ” ilk ev qələbəsini qazanmağa çalışacaq. Ötən tur Lüksemburqda “Düdelanj”ı məğlub edən çempion ardıcıl ikinci qələbə ilə 1/16 finala doğru daha bir addım atmaq əzmindədir.

Bakıda baş tutacaq görüş həm də revanş xarakteri daşıyır. “Qarabağ” Çempionlar Liqasına məhz APOEL-ə uduzaraq (2:1, 0:2) vida etmişdi.

Avrokuboklar tarixində ilk dəfə Azərbaycan klubu eyni mövsümdə bir rəqiblə 3-cü dəfə görüşəcək. Bu da evdə alınan 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün imkan yaradır. Keçirdiyi hər iki qrup matçında uduzan APOEL isə şanslarının minimuma enməməsi üçün Tofiq Bəhramov adına Respublika stadionunda xal qazanmağa məhkumdur. Almaniyalı baş məşqçi Tomas Dollun yetirmələri üzərindəki bu təzyiq də meydan sahiblərinin lehinə işləyəcək. Dolu tribunların verəcəyi dəstək də “Qarabağ”ı ardıcıl ikinci qələbəsinə kömək edəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, III tur
A qrupu, 24 oktyabr
20:55. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)
Baş hakim:
 Filip Qlova
Baş hakimin köməkçiləri: Frantisek Ferenc, Yan Pozor
Dördüncü hakim: Peter Ziemba
(hamısı Slovakiya)
Hakim-inspektor: Mixalis Koukoulákis (Yunanıstan)
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1 Sevilya 2 2 0 0 4-0 6
2 Qarabağ 2 1 0 1 4-4 3
3 Düdelanj 2 1 0 1 5-7 3
4 APOEL

Ümumiyyətlə, bu gün Avropa Liqasında III turun matçları keçiriləcək.

I dövrənin son oyun günündə 12 qrupda 24 qarşılaşma baş tutacaq.

Türkiyənin üç təmsilçisi də meydana çıxacaq. C qrupunda mübarizə aparan “Trabzonspor” ilk qələbəsini autsayder “Krasnodar”la ilk görüşdə qazanmağa çalışacaq.

 Trabzonlular kimi cəmi 1 xala malik “Başakşəhər” J qrupunun lideri “Volfsberq”lə ev matçında qüvvəsini sınayacaq. K qrupunun autsayderi olan “Beşiktaş” ilk xal üçün “Braqa” ilə İstanbulda keçirəcəyi oyunda uduzmamalıdır.

Qeyd edək ki, növbəti turun görüşləri noyabrın 7-də baş tutacaq.

Avropa Liqası
Qrup mərhələsi
III tur, 24 oktyabr

B qrupu
23:00. “Dinamo” (K, Ukrayna) – “Kopenhagen” (Danimarka)
23:00. “Malmö” (İsveç) – “Luqano” (İsveçrə)

1 Dinamo 2 1 1 0 2-1 4
2 Kopenhagen 2 1 1 0 1-0 4
3 Luqano 2 0 1 1 1-2 1
4 Malmö 2 0 1 1 0-1 1

C qrupu
23:00. “Xetafe” (İspaniya) – “Bazel” (İsveçrə)
23:00. “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya)

1 Xetafe 2 2 0 0 3-1 6
2 Bazel 2 1 1 0 7-2 4
3 Trabzonspor 2 0 1 1 2-3 1
4 Krasnodar 2 0 0 2 1-7 0

D qrupu
23:00. PSV (Hollandiya) – LASK (Avstriya)
23:00. “Sportinq” (Portuqaliya) – “Rusenborq” (Norveç)

1 PSV 2 2 0 0 7-3 6
2 Sportinq 2 1 0 1 4-4 3
3 LASK 2 1 0 1 2-2 3
4 Rusenborq 2 0 0 2 1-5 0

E qrupu
23:00. “Renn” (Fransa) – ÇFR (Rumıniya)
23:00. “Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya)

1 Seltik 2 1 1 0 3-1 4
2 Latsio 2 1 0 1 3-3 3
3 ÇFR 2 1 0 1 2-3 3
4 Renn 2 0 1 1 2-3 1

F qrupu
23:00. “Ayntraxt” (Almaniya) – “Standard” (Belçika)
23:00. “Arsenal” (İngiltərə) – “Vitoriya” (Portuqaliya)

1 Arsenal 2 2 0 0 7-0 6
2 Standard 2 1 0 1 2-4 3
3 Ayntraxt 2 1 0 1 1-3 3
4 Vitoriya 2 0 0 2 0-3 0

G qrupu
20:55. “Porto” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)
20:55. “Yanq Boyz” (İsveçrə) – “Feyenoord” (Hollandiya)

1 Feyenoord 2 1 0 1 2-1 3
2 Yanq Boyz 2 1 0 1 3-3 3
3 Reyncers 2 1 0 1 2-2 3
4 Porto 2 1 0 1 2-3 3

H qrupu
20:55. “Ludoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya)
20:55. MOİK (Rusiya) – “Ferensvaroş” (Macarıstan)

1 Ludoqorets 2 2 0 0 8-1 6
2 Espanyol 2 1 1 0 3-1 4
3 Ferensvaroş 2 0 1 1 1-4 1
4 MOİK 2 0 0 2 1-7 0

İ qrupu
20:55. “Gent” (Belçika) – “Volfsburq” (Almaniya)
20:55. “Sent-Etyenn” (Fransa) – “Aleksandriya” (Ukrayna)

1 Volfsburq 2 1 1 0 4-2 4
2 Gent 2 1 1 0 4-3 4
3 Sent-Etyenn 2 0 1 1 3-4 1
4 Aleksandriya 2 0 1 1 2-4 1

J qrupu
20:55. “Roma” (İtaliya) – “Borussiya” (M, Almaniya)
20:55. “Başakşəhər” (Türkiyə) – “Volfsberq” (Avstriya)

1 Volfsberq 2 1 1 0 5-1 4
2 Roma 2 1 1 0 5-1 4
3 Başakşəhər 2 0 1 1 1-5 1
4 Borussiya 2 0 1 1 1-5 1

K qrupu
20:55. “Slovan” (Slovakiya) – “Vulverhempton” (İngiltərə)
20:55. “Beşiktaş” (Türkiyə) – “Braqa” (Portuqaliya)

1 Slovan 2 1 1 0 6-4 4
2 Braqa 2 1 1 0 3-2 4
3 Vulverhempton 2 1 0 1 1-1 3
4 Beşiktaş 2 0 0 2 2-5 0

L qrupu
20:55. “Partizan” (Serbiya) – “Mançester Yunayted” (İngiltərə)
20:55. “Alkmaar” (Hollandiya) – “Astana” (Qazaxıstan)

1 Partizan 2 1 1 0 4-3 4
2 Mançester Yunayted 2 1 1 0 1-0 4
3 Alkmaar 2 0 2 0 2-2 2
4 Astana 2 0 0 2 1-3 0

***

“Qarabağ” və APOEL klubları arasında oktyabrın 24-də keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Maqaye Qeye yer alıblar.

APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxacaqlar.

Qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edəcək.

Qrupda ilk oyununda öz meydanında İspaniyanın “Sevilya” klubuna məğlub olan (0:2) “Qarabağ” ikinci görüşündə səfərdə Lüksemburqun “Düdelanj” komandasına böyük hesabla qalib gəlib – 1:4. APOEL isə qrup mərhələsində keçirdiyi ilk iki oyunda məğlub olub – 4:3, 1:0.

Komandalar cari mövsümündə üçüncü dəfə qarşılaşacaqlar. Nikosiyalılar UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Giorqos Merkis qoyub – 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb.

Qrupun digər oyununda “Sevilya” öz meydanında “Düdelanj” klubu ilə qarşılaşacaq.

***

Qarşılaşmaya start verilib.

Hesab hələlik açılmayıb-0:0.

***

Oyunda hesab açılıb.

“Qarabağ” 1:0 önə keçib.

***

Oyunda hesab bərabərləşib.

Qonaqlar hesabı bərabərləşdiriblər-1:1.

***

Qonaqlar hesabda önə keçiblər-1:2.

Birinci hissə bu hesabla başa çatıb.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hesab qonaqların xeyrinədir: 1-2.

***

Hesab yenidən bərabərləşib.

“Qarabağ” 59-cu dəqiqədə hesabı bərabərləşdirib-2:2.

***

Oyun 2:2 hesabı ilə basa çatıb.

Etikxeber.az

 

Read Previous

“Bu, rekord göstəricidir…” – ƏLİYEV RUHANİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – YENİLƏNİB

Read Next

“Heydər Əliyevlə Fidel Kastro arasında səmimi münasibətlər yaranmışdı…” – İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir