Avroliqanın finalı: “Çelsi” və “Arsenal”- 4:1 – “ÇELSİ” QALİB OLDU… – FOTOLAR – YENİLƏNİB – (8)

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasının iştirakçılarının – Londonun “Çelsi” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, nominal ev sahibinin “Çelsi”nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) meydana çıxıblar.

“Arsenal” klubunun start heyətində isə Petr Çex (q), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Oyunu italiyalı referi Canluka Rokki idarə edəcək. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.

Xatırladaq ki, “Arsenal” bu oyunda qalib gələcəyi təqdirdə tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokuna sahib olacaq.

“Çelsi” isə 2012-2013-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

***

“Çelsi”-“Arsenal” qarşılaşmasının birinci hissəsi başlayıb.

Hələlik hesab açılmayıb.

***

acilis1

uefffffaaa

***

Birinci hissə davam edir.

Hesab hələ də açılmayıb.

Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyir.

***

Qarşılaşmanın birinci hissəsi başa çatıb.

Birinci hissədə qarşılıqlı hücumlara baxmayaraq, hesab açılmayıb.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Oyunun 49-cu dəqiqəsində hesab açılıb.

“Çelsi” 1:0 önə keçib…

***

Oyunda hesab yenidən dəyişib.

“Çelsi” ikinci qolu vurub-2:0

***

“Çelsi” üçüncü topu “Arsenal”ın qapısından keçirib.

Hesab 3:0 “Çelsi”nin xeyrinədir.

***

Sonra yenicə meydana daxil olmuş nigeriyalı Aleks İvobi möhtəşəm qolla fərqi azaldıb – 1:3.

Daha sonra “Çelsi” – “Arsenal” görüşündə daha bir qol vurulub.

Eden Azar 72-ci dəqiqədə dublunu rəsmiləşdirib – 4:1.

***

Final qarşılaşması 4-1 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatib.

Beləliklə, “Çelsi” Avroliqanın qalibi, çempionu olub, kuboku qazanıb.

Etikxeber.az

Read Previous

“Niyə futbolçumuz özü yetişmədi və ya yetişdirmədik?” – DEPUTAT YAZDI

Read Next

“Gedin, qucaqlaşın, birlikdə ağlayın” – MİLLƏT VƏKİLİ – ŞƏRH(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir