Avroliqanın pley-off mərhələsi – “QARABAĞ” – “LİNFİLD” – 2:3 – YENİLƏNİB – (7)

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

Etikxeber.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 21 matç keçiriləcək.

Bu qarşılaşmalardan 8-i Çempionlar yolunda baş tutacaq.

Qitənin ən nüfuzlu klub turnirinin uğursuzları arasında olan Azərbaycan çempionu “Qarabağ” Şimali İrlandiyada “Linfild”lə görüşəcək.

 Əsas yolda isə 13 görüş keçiriləcək. Türkiyə təmsilçisi “Trabzonspor” səfərdə Kipr klubu AEK-lə qarşılaşacaq.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
22 avqust
Çempionlar yolu

18:00. “Astana” (Qazaxıstan) – BATE (Belarus)
19:00. “Ararat” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)
21:00. “Suduva” (Litva) – “Ferensvaroş” (Macarstan)
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Maribor” (Sloveniya)
21:45. “Kopenhagen” (Danimarka) – “Riqa” (Latviya)
22:45. “Seltik” (Şotlandiya) – AIK (İsveç)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)
23:00. “Slovan” (Slovakiya) – PAOK (Yunanıstan)

Əsas yol

21:00. “Malmö” (İsveç) – “Bney Yehuda” (İsrail)
21:30. “Feyenoord” (Hollandiya) – “Hapoel Bier-Şeva” (İsrail)
22:00. “Legiya” (Polşa) – “Reyncers” (Şotlandiya)
22:00. AEK (Yunanıstan) – “Trabzonspor” (Türkiyə)
22:30. “Strasburq” (Fransa) – “Ayntraxt” (Almaniya)
22:30. “Alkmaar” (Hollandiya) – “Antverpen” (Belçika)
22:30. “Styaua” (Rumıniya) – “Vitoriya” (Portuqaliya)
22:30. PSV (Hollandiya) – “Apollon” (Kipr)
22:30. “Gent” (Belçika) – “Riyeka” (Xorvatiya)
22:45. “Braqa” (Portuqaliya) – “Spartak” (Moskva, Rusiya)
23:00. “Torino” (İtaliya) – “Vulverhempton” (İngiltərə)
23:00. “Espanyol” (İspaniya) – Zarya” (Ukrayna)
23:00. “Partizan” (Serbiya) – “Molde” (Norveç)

***

“Linfild” və “Qarabağ” komandaları arasında keçiriləcək qarşılaşma üçün klubların start heyətləri açıqlanıb.

Belfastdakı “Windsor Park” stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Faysal Rerras, Bədavi Hüseynov, Miçel, Dani Kintana, Qara Qarayev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

Meydan sahibi “Linfild”in heyətində isə meydana Rohan Ferguson, Kris Kasement, Mark Stafford, Ryan Mcgivern, Metyu Klark, Jamie Mulgrev, Stephen Fallon, Kirk Millar, Bastien Heri, NiallQuinn və Shayne Laveri çıxacaqlar.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq.

***

Qarşılaşmanın birinci hissəsi başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

Belfastda keçirilən matçın 15-ci dəqiqəsində Azərbaycan çempionu fərqlənib.

Faysal Rerrasın dəqiq zərbəsi komandamızı hesabda irəli çıxarıb – 1:0.

***

Oyunda hesab bərabərləşib.

Ev sahibləri 40-cı dəqiqədə hesabı bərabərləşdiriblər-1:1.

***

46-cı dəqiqədə ev sahibləri hesabda önə keçiblər.

Hesab 2:1 ev sahiblərinin xeyrinə olub.

Birinci hissə bu hesabla başa çatıb.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hesab 2:1 ev sahiblərinin xeyrinədir.

***

Ev sahibləri yenidən hesabda önə keçib.

Hesab 3:1 olub.

***

Oyunda hesab yenidən dəyişib, bu dəfə qonaqlar fərqləniblər.

İkinci hissənin sonunda-artırma dəqiqələrində “Qarabağ” penaltı ilə fərqi azaldıb, hesab 3:2 olub və oyun bu hesabla da bitib.

 Etikxeber.az

Read Previous

Taxta bazarında yanğın – FHN-NİN BİR NEÇƏ ƏMƏKDAŞI ZƏHƏRLƏNDİ – YANĞIN SÖNDÜRÜLDÜ… YENİLƏNİB – (3)

Read Next

“Günahkar xarici hərbi qüvvələr və ya quşlardır…” – SABİT BAĞIROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir