“AVRONEST” PA-dan Tovuz bölgəsində yaşananlara-REAKSİYA

AVRONEST Parlament Assambleyasının (PA) həmsədri və Ukraynanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri cənab İvan Krulko Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasına münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, nümayəndə heyətinin rəhbəri bunları deyib:

“Ölkənizin Ermənistan ilə sərhədində insanların həyatlarının itirməsi ilə nəticələnən hərbi qarşıdurma ilə bağlı şəxsən dərindən təəssüfləndiyimi bildirmək istərdim. Mən sizin ölkənizi və Ermənistanı ərazi bütövlüyü prinsipi də daxil olmaqla, beynəlxalq hüququn prinsip və normaları əsasında vətəndaşlar və xalqlar naminə vəziyyətin sülh yolu ilə həllinə və de-eskalasiyasına çağırmaq üçün bu fürsətdən istifadə edirəm.”

Qeyd edək ki, 14 iyul tarixində Milli Məclisin (MM) AVRONEST PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimli təşkilatın həmsədrlərinə müraciət etmişdi.

Müraciətdə A.Kərimli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tovuz rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutmaq üçün artilleriya qurğularından istifadə edərək iki ölkə arasında atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrini sərt tənqid etmiş,eyni zamanda, deputat AVRONEST PA-nı Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq və aqressiya siyasətini, habelə son zamanlar Azərbaycanla sərhəd boyunca baş verən təxribatçı hərəkətlərini qınamağa çağımışdı.

Etikxeber.az

Read Previous

“Sabiq nazirin kadr olması nəyi dəyişmışdi ki?”-MİLLƏT VƏKİLİ

Read Next

Məleykə Abbaszadənin prorektor işləyən qızı vəfat etdi-ÖZÜNÜN DƏ SƏHHƏTİ PİSLƏŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir