Avropa çempionatının seçmə mərhələsinin yeddinci turu – NƏTİCƏLƏR

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin yeddinci turuna start verilib.

Etikxeber.az xəbər verir ki, turun ilk günündə 10 qarşılaşma oynanılıb. Ən məhsuldar oyun Belçika və San-Marino yığmaları arasında qeydə alınıb.

Meydan sahibləri rəqibin qapısından doqquz cavabsız top keçiriblər. Belçikalıların heyətində Romelu Lukaku (2), Nacer Cadli, Kristian Broli (avtoqol), Tobi Alderveireld, Yuri Tielemans, Kristian Benteke, Yari Versşaeren (avtoqol) və Timoti Kastan fərqləniblər.

Azərbaycan millisinin yer aldığı “E” qrupunda Xorvatiya millisi öz meydanında Macarıstan yığmasını 3:0 hesabı ilə məğlub edib. Slovakiya-Uels oyununda isə qalib müəyyənləşməyib – 1:1.

İlk günün qalan yeddi qarşılaşmasında aşağıdakı hesablar qeydə alınıb:

“C” qrupu:

Belarus – Estoniya – 0:0,

Niderland – Şimali İrlandiya – 3:1.

“G” qrupu:

Avstriya – İsrail – 3:1,

Şimali Makedoniya – Sloveniya – 2:1,

Latviya – Polşa – 0:3.

“I” qrupu:

Qazaxıstan – Kipr – 1:2,

Rusiya – Şotlandiya – 4:0.

Etikxeber.az

Read Previous

“O vaxt biz rekord göstərdik, 20-dən çox sənəd imzaladıq…” – PREZİDENT – FOTO – YENİLƏNİB – (2)

Read Next

İran terrorçu PKK-PYD-YPG-ni dəstəklədi, LARİCANİ TÜRKİYƏ SƏFƏRİNDƏN İMTİNA ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir