Avropa İttifaqı Azərbaycanı demokratik ölkə kimi görmək istəyir – MARD

Avropa İttifaqı qonşularını, o cümlədən Azərbaycanı demokratik, çiçəklənən və stabil ölkə kimi görmək istəyir.

Etikxeber.az-ın APA-ya istinadən  məlumatına görə, bunu Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa Qonşuluq Siyasətinin Şərq bölməsinin saytına müsahibəsində deyib.

O, bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və Azərbaycan iqtisadiyyatının ən böyük investorlarından biridir:

“Azərbaycan bizim qonşumuzdur, qonşuluq isə çox vacibdir. Azərbaycan həmçinin Avropa İttifaqı üçün enerji sahəsində strateji tərəfdaşdır. Biz birgə layihəmiz olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını səbirsizliklə gözləyirik. Bizim üçün qonşuluğumuzda olan tərəfdaşlarımızla açıq və səmimi dialoq qurmaq çox vacibdir”.

Etikxeber.az

Read Previous

Məmmədyarov Sisi ilə görüşdü

Read Next

Bakı-Sumqayıt qatarına qiymətlər ucuzlaşıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir