“Avropa İttifaqı münaqişənin həlli ilə bağlı təkcə bəyanatlarla kifayətlənməməlidir…” MURADOVA

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlər, səslənən fikirlər onu göstərir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni bir səhifə açılıb, bu münasibətlər yeni mərhələyə qədəm qoyub”.

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.

B. Muradova qeyd edib ki, artıq Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması üçün danışıqlara başlanılıb:

“Hər iki tərəfin danışıqlardan gözləntiləri böyükdür. Bu danışıqların nəticəsi kimi, yeni dövrün tələblərinə uyğun olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar, mədəni, siyasi və iqtisadi əlaqələr inkişaf edəcək”.

Vitse-spiker qeyd edib ki, Prezident  Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektləri ilə bağlı mövqeyini ifadə etdi:

“Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, enerji sahələrində əlaqələrin inkişafı həm Avropanın, həm regionun, həm də Azərbaycanın maraqlarına xidmət edir”.

B. Muradova bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra səslənən bəyanatlarda diqqəti çəkən məqamlardan biri də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycanın ərazi bütövlüyünü, suverenliyi və müstəqilliyini dəstəkləməsi oldu:

“Bu, onun göstəricisidir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər enerji, ticarət əlaqələrini aşaraq, yüksək siyasi əməkdaşlığı da əhatə edir”.

MM sədrinin müavini hesab edir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı təkcə bəyanatlarla kifayətlənməməlidir, həmçinin öz təsir rıçaqlarından istifadə etməlidir.

Etikxeber.az

Read Previous

“Banklara dollar borcu olanlar sevinir,dolları alıb yığanlar isə…” – EKSPERT

Read Next

Zahid Oruc: “Jirinovski “ideyası” ilə nəinki digər xalqları, heç öz Rus xalqını inandıra bilməyəcək ki… “

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir