Avropa İttifaqı-Türkiyə razılaşmaları iflasa uğraya bilər – Milan Xovanets

Çexiyanın daxili işlər naziri Milan Xovanets Zalsburq Forumu çərçivəsində avstriyalı həmkarı Volfqanq Sobotka və Slovakiyanın daxili işlər naziri Robert Kalinyakla danışıqlar aparır.

Nazirlər Avstriyanın “Balkan marşrutu“ deyilən marşrutun son məntəqəsi olmasını nəzərə almaqla, miqrasiya problemlərini müzakirə edirlər.

Etikxeber.az-ın məlumatına görə, forumda müxtəlif ölkələrin polis təşkilatlarının əməkdaşlığı, terrorizm təhlükəsi, qeyri-leqal miqrasiya, habelə qaçqın statusunun verilməsi prosedurunun nizamlanması kimi məsələlər nəzərdən keçirilir.

Çexiyanın daxili işlər naziri tərəflərə miqrantların geri qaytarılması prosesini tənzimləyən Avropa İttifaqı-Türkiyə müqaviləsinin mümkün iflasına hazır olmağın vacibliyi barədə xəbərdarlıq edib.

Nazir hesab edir ki, “Balkan yolu”nun bağlı qalmasına nail olmaq bütün Avropa İttifaqı üçün mühüm aspektdir.

Etikxeber.az

Read Previous

Dünya çempionatında Azərbaycanı səkkiz samboçu təmsil edəcək

Read Next

Mourinyo “Mançester Yunayted”də doqquz futbolçu ilə vidalaşacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir