“Avropa İttifaqındakılar da anladılar ki…” -ELDAR İBRAHİMOV

Millət vəkili: “Həm  NATO, həm  Aİ ilə əməkdaşlıq və tərəfdaşlıq Azərbaycanın maraq dairəsindədir. Azərbaycan bu təşkilatlarla ikitərəfli, səmimi və bərabərsəviyyəli əməkdaşlığa önəm verir. Eyni zamanda, digər beynəlxalq qurumlar kimi, NATO ilə Aİ-dən də ölkəmizə eyni münasibətin sərgilənməsini, təzyiqsiz, diktəsiz əməkdaşlığın ortaya qoyulmasını gözləyir və tələb edir”

“Azərbaycanın  dünyada, beynəlxalq aləmdə nüfuzu, çəkisi, rolu gündən-günə artır.  Bu gün Azərbaycan dünyada böyük nüfuz və söz sahibidir. Dünya siyasətinin əsas oyunçularından birinə çevrilmişik. Bunlar da heç şübhəsiz ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 14 il ərzində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən balanslaşdırılmış, tarazlaşdırılmış xarici siyasət kursu, müstəqil dövlət siyasəti nəticəsində mümkün olub. Bu baxımdan ölkə Prezidentinin Brüsselə NATO-nun Şimali Atlantika Şurasının və Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammitinə dəvət olunması, adıçəkilən sammitlərdə iştirakı, yüksək səviyyəli görüşləri bunun – Azərbaycanın və İlham Əliyevin beynəlxalq məkanda nüfuzunun, çəkisinin əyani göstəricisidir”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor Eldar İbrahimov deyib.

ilya-ai

sammit-ilya

Azərbaycanın hər iki qurumla  əməkdaşlıq münasibətlərinin olduğunu, bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini deyən E. İbrahimovun sözlərinə görə, bundan da hər iki tərəf qazanır-həm Azərbaycan, həm də NATO ilə Aİ.

O, qeyd edib ki, həm NATO, həm də  Aİ Avropanın, bütövlükdə dünyanın əsas və aparıcı təşkilatlarındadır. Hər iki qurumun Avropadakı və  dünyadakı proseslərə təsiri yetərincədir.

7-1

eldar-2

“Belə olan təqdirdə də,  həm  NATO, həm  Aİ ilə əməkdaşlıq və tərəfdaşlıq Azərbaycanın maraq dairəsindədir. Azərbaycan bu təşkilatlarla ikitərəfli, səmimi və bərabərsəviyyəli əməkdaşlığa önəm verir. Eyni zamanda, digər beynəlxalq qurumlar kimi, NATO ilə Aİ-dən də ölkəmizə eyni münasibətin sərgilənməsini, təzyiqsiz, diktəsiz əməkdaşlığın ortaya qoyulmasını gözləyir və tələb edir. Düzdür, bu günə kimi NATO ilə Azərbaycan arasında hansısa problemlər, gərginliklər yaşanmasa da, Aİ, onun təsir dairəsində olan təsisatlarla ayrı-ayrı vaxtlarda arzulanmayan gərginliklər yaşanıb. Ancaq sevindirici haldır ki, son zamanlar Aİ-dəkilər də reallığı, həqiqəti qəbul etməyə başlayıblar, Azərbaycanla zor və təhdid dilində danışlımasının mümkünsüzlüyünü  anlayıblar və bu baxımdan da, ölkəmizlə əməkdaşlığın davam etdirilməsi, yeni mərhələnin başlanılması istəklərini nümayiş etdirməyə çalışırlar. Bunlar da nəticə etibarı ilə Azərbaycanın, ölkə Prezidentinin apardığı uğurlu, müdrik, təmkinli siyasətin bəhrəsi kimi qiymətləndirilə bilər”– deyən  E. İbrahimovun  bildirdiyinə görə, odur ki,  Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində ərazi bütövlüyünun tanınması Azərbaycanın növbəti və böyük uğurudur.

“Dövlət başçımızın da vurğuladığı kimi, Azərbaycanla Aİ arasında ikitərəfli sazişin üzərində iş gedir və bu qurumla tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Ona görə də ümid etmək olar ki, imzalanacaq bu sazişdə də ölkəmizin  ərazi bütövlüyünün tanınması diqqət mərkəzində olacaq. Bu,  ölkəmiz, uzun illərdən bəri məruz qaldığımız işğal, təcavüz faktının, reallığının aradan qaldırılması üçün olduqca vacib və prinsipial bir məsələdir.

Azərbaycan ərazi bütövlüyü məsələsində də heç kimə güzəştə getməyib və bundan sonra da getməyəcək. Ölkəmiz, xalqımız, dövlət rəhbərliyimiz heç vaxt işğal faktı ilə barışmayıb və bundan sonra da barışan deyil. Heç kim, heç bir qüvvə bizdən güzəşt, işğal faktı ilə barışmaq kimi halları gözləməsin. Bunlar mümkünsüzdür.

Bu baxımdan da, Azərbaycanın NATO və Aİ ilə əməkdaşlığı vacibdir, bu əməkdaşlıq bundan sonra daha sürətlə davam etdirilməlidir və hər iki nüfuzlu qurum  Azərbaycan reallıqlarının, Qarabağa həqiqətlərinin olduğu kimi qəbul və etiraf olunmasında, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində öz töhfələrini verməlidirlər”-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Milan”ın rəhbərliyi baş məşqçi Vinçentso Montellanı istefaya göndərdi

Read Next

“Bu, onun təsdiqi deyilmi ki, hayların Qarabağla bağlı iddiaları eyni əxlaqsızlığa, həyasızlığa dayanır?! – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir