Avropa Parlamentinə etiraz məktubu ünvanlanmalıdır – DEPUTAT

Milli Məclis Mehman Hüseynovun məsələsini bayraq edib Azərbaycana qarşı kəskin iddialarla qətnamə qəbul edən Avropa Parlamentinə etiraz məktubu ünvanlamalıdır.

Etikxeber.az  xəbər verir ki, bunu Milli Məclisin (MM)  yaz sessiyasının ilk plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat təəssüflə qeyd edib ki, Avropa Parlamenti, beynəlxalq təşkilatlar Ermənistanda baş verənlərə münasibət bildirmir:

“Ermənistan həbsxanasında aclıqdan ölən siyasi fəal barədə müzakirə aparılmadı. Avropadakı təşkilatlar Ermənistanı müdafiə etməklə onların Azərbaycana qarşı işğalçılıq siyasətini stimullaşdırırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili yanaşma mövcuddur. Bu, onların bir daha xristian təəssübkeşliyinin nümayişidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İki deputata vəzifə verildi

Read Next

Doğum haqqında şəhadətnamə ilə bağlı tələblər dəyişir?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir