Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa Parlamentinin üzvləri İveta Qriqule (Latviya), İvo Vayql (Sloveniya) və Raşida Dati (Fransa) birgə bəyanatla çıxış edərək Ermənistanın hərbi cinayətlərini, o cümlədən bu ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunda iki mülki şəxsin öldürülməsini pisləyiblər.
Etikxeber.az-ın xəbərinə görə, onlar həlak olanların yaxınlarına başsağlığı, habelə Azərbaycan xalqını tam dəstəklədiklərini ifadə ediblər.
“İnsan ölümü və zorakılıq hallarına son qoyulmalıdır”- deyə, deputatlar öz bəyanatlarında bildiriblər. Vurğulanıb ki, münaqişənin həlli zorakılığa və sərhədlərin birtərəfli qaydada dəyişilməsinə deyil, yalnız beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
Deputatlar ATƏT-dən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıblar. “Avropa siyasətçiləri olaraq, biz həmçinin Ermənistandan əsassız və qeyri-legitim siyasi məqsədlər üçün mülki şəxsləri və girov götürülmüş insanları hədəf kimi istifadə etməyə son qoymağı tələb edirik. Bu nəinki qeyri qanunidir, bu – qorxaqlığın təcəssümüdür” – deyə, deputatlar qeyd ediblər.
Etikxeber.az