“Avropa Şəhərciyi-2016” festivalında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti də təmsil olunacaq

Dənizkənarı Milli Parkda təşkil olunacaq “Avropa Şəhərciyi-2016” festivalı çərçivəsində Formula-1 Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti də təmsil olunacaq.

Gununsesi.info xəbər verir ki, bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və İttifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbirlə qeyd edirlər.

Formula-1 tərzində qurulmuş stenddə simulyator oyunlarından istifadə edən ziyarətçilər yarışlardakı sürəti və həyəcanı hiss edəcəklər. Həmçinin məkanda bu il təşkil olunan Avropa Qran-prisi ilə bağlı məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.

Gununsesi.info

Read Previous

“ABŞ Dağlıq Qarabağda sülhün əldə edilməsinə sadiqdir”- UORLİK

Read Next

“Potensialımızın reallaşdırılmasında maneələrlə üzləşirik”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir