Avtobus dayanacaqda gözləyən 23 nəfəri əzdi… – FOTO

Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobusun sürücüsü idarəetməni itirərək sərnişin dayanacağına girib.

Nəqliyyat vasitəsinin ikinci mərtəbəsinin dayanacağın dam örtüyünü uçurması nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Etikxeber.az  xarici mediaya istinadla xəbər verir ki, qəzadan sonra avtobusun birinci mərtəbəsinin salonundakı sərnişinlər də xəsarət alıblar.

Ottava meri Cim Uotson bildirib ki, xəstəxanaya aparılanlardan 14 nəfərinin vəziyyəti ağırdır.

Yerli klinikalardan biri də qəza yerindən 9 nəfər ağır yaralının gətirildiyini açıqlayıb.

Kanadanın hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırmalara başlayıblar.

Etikxeber.az

Read Previous

“Monako” Fabreqası heyətinə qatdı

Read Next

“Makedoniya” rəsmən “Şimali Makedoniya” oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir