Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Peruda sərnişin avtobusunun Panamerika şosesində uçuruma aşması nəticəsində həlak olanların sayı azı 48 nəfərə yüksəlib.
Etikxeber.az xəbər verir ki, Comercio qəzetinin yerli polisə istinadla yaydığı məlumata görə, paytaxt Limadan 70 kilometr aralıda, dağ yolunun “Şeytan döngəsi” (Curva del Diablo) kimi tanınan sahəsində sərnişin avtobusu yük avtomobili ilə toqquşub. İçərisində 55 sərnişin olan avtobus toqquşmadan sonra 100 metr hündürlükdən okean sahilindəki uçuruma düşüb.
Hakimiyyət orqanları faciənin başvermə səbəblərini araşdırır. Perunun nəqliyyat və kommunikasiya naziri Bruno Cuffra Twitter səhifəsində bildirib ki, GPS məlumatlarının ilkin təhlili hər iki sürücünün yüksək sürətlə hərəkət etdiyini göstərib.
Etikxeber.az