Avtobus qəzası: ölənlərin sayı 48 nəfərə yüksəldi – PERUDA

Peruda sərnişin avtobusunun Panamerika şosesində uçuruma aşması nəticəsində həlak olanların sayı azı 48 nəfərə yüksəlib.

Etikxeber.az xəbər verir ki, Comercio qəzetinin yerli polisə istinadla yaydığı məlumata görə, paytaxt Limadan 70 kilometr aralıda, dağ yolunun “Şeytan döngəsi” (Curva del Diablo) kimi tanınan sahəsində sərnişin avtobusu yük avtomobili ilə toqquşub. İçərisində 55 sərnişin olan avtobus toqquşmadan sonra 100 metr hündürlükdən okean sahilindəki uçuruma düşüb.

Hakimiyyət orqanları faciənin başvermə səbəblərini araşdırır. Perunun nəqliyyat və kommunikasiya naziri Bruno Cuffra Twitter səhifəsində bildirib ki, GPS məlumatlarının ilkin təhlili hər iki sürücünün yüksək sürətlə hərəkət etdiyini göstərib.

Etikxeber.az

Read Previous

Türkiyəli futbolçu İtaliyanın “Roma”-nın ən yaxşı gənc oyunçusu seçildi

Read Next

Pakistana qarşı yeni tədbirlər hazırlanır?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir