“Avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir”-BNA

Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi olan TƏBİB-lə məsləhətləşmələr aparılır. TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır. 

Etikxeber.az-ın xəbərinə görə, bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. 

Qurum qeyd edib ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək:

“Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib. Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik”.  

Etikxeber.az

Read Previous

Aqşin Babayev-VƏFAT ETDİ…

Read Next

Avtomobil Yolları Dövlət Agentliyinə 4.1 milyon manat ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir