Avtomobil Yolları Dövlət Agentliyinə 4.1 milyon manat ayrıldı – SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamla iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon (dörd milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Etikxeber.az

Read Previous

“Avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir”-BNA

Read Next

“Ermənistan AİHM-in “Çıraqov və digərləri Ermənistana qarşı” adlı qərarının icrasına başlamalıdır”-XİN BƏYANAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir