Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətləri artırılır…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətləri artırılır.

Etikxeber.az  xəbər verir ki, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında  komitə sədri Ziyad Səmədzadə tərəfindən bildirilib ki, “Avtomobil yolları haqqında” qanuna təklif edilən dəyişikliyə görə,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.

Belə ki, qanunun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.

Etikxeber.az

Read Previous

Millət vəkillərinə yaxın günlərdə Cümhuriyyət medalları veriləcək – YENİLƏNİB – (2)

Read Next

Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir – ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir