“Avtoşluq” edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz”-MƏLAHƏT İBRAHİMQIZI – AZAY QULİYEV İSƏ HƏRBÇİLƏRİN MAAŞI MƏSƏLƏSİNİ QALDIRDI

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsində 21.1.4-cü maddədə dəyişiklik təklif edilir. Beləliklə, layihəyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Layihəyə əsasən, İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər. 

Qeyd edək ki, hazırda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həmin çağırışçılara yalnız bir dəfə möhlət verilir.

“Biz artıq 4 aya yaxındır Zəfər qazanmışıq. Amma əlilliyin təyin olunması məsələlərində problemlər qalmaqdadır”.

Bunu isə adıçəkilən qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Vətən müharibəsində könüllü səfərbərliklə əyinlərinə hərbçi paltarı geyinənləri, Ordumuzun əsgərlərini bu qədər gözlətmək düzgün deyil:

“Müvafiq qurumlar Vətən müharibəsində iştirak edənlərin əlillik dərəcələrini tezliklə təyin etmək üçün işlər görməlidir. Digər tərəfdən Vətən müharibəsində bizə şərəf hissi bəxş edənlərin əlillik dərəcəsi ilə adi insanlara verilən əlillik dərəcəsi eyni olmalı deyil. Türkiyədə, Böyük Britaniyada bu, fərqli tətbiq edilir. Məsələn, Türkiyədə müharibədə iştirak edənlərlə bağlı 6 əlilik dərəcəsi tətbiq edilir. “Avtoşluq” edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz. Bu məsələ aidiyyəti qurumlarda baxılmalıdır”.

“Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra hərbçilərə verilən maaşlarla bağlı radikal dəyişiklik edilib”.

Bunu da çıxışı zamanı deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyindən bununla bağlı açıqlama verilib:

“Ancaq nəzərə almalıyıq ki, hərbçilərimiz Qarabağda yenə də çox ağır şəraitdə Vətənə qulluq edirlər. Yaxşı olar ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edək. Çünki orada ikiqat ödənişlərin verilmə qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik etmək zərurəti yaranır. Yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin”.

Spiker Sahibə Qafarova cavab olaraq bildirib ki, hazırda Qarabağ döyüş bölgəsi deyil.

MM-in komitə sədri Ziyafət Əsgərov da öz növbəsində bildirib ki, hərbçilərin maaşı ilə bağlı məsələ yeni hazırlanan qanun layihəsində əksini tapacaq:

“Müvafiq qurumlarla da müzakirələr aparılır. Qanun layihəsi hazırlandıqdan sonra təqdim edəcəyik”.

Z. Əsgərov bu məsələnin “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsində əksini tapacağını deyib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Parlament üzvü kimi, Göyçə mahalına, sonra Abbasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm…”-ZAHİD ORUC

Read Next

“Dəmirçi” bundan sonra “Sədərək”in-OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir