AXC-də təmsil olunmuş tanınmışlar: Murtuz Ələsgərov, Əli Nağıyev, Fəzail Ağamalı… – TƏŞKİLATIN YARANMASINDAN 30 İL ÖTÜR

Bu gün Azərbaycanda müasir milli-azadlıq hərəkatının avanqardı olan və ətrafında yüz minlərlə insan birləşdirən Azərbaycan Xalq Cəbhəsinin yaranmasının (AXC) – təsis edilməsinin 30 ili tamam olur.

Düz 30 il öncə, 1989-cu ilin iyulun 16-da Azərbaycanda ilk xalq hərəkatı və müxalifət təşkilatı yaranmışdı.

Bu təşkilat düz 6 il, 1995-ci ilin yayına-Milli Məclisə (MM) ilk çağırış seçkilərə kimi AXC adı altında fəaliyyət göstərdi.

Seçkilərə qatıla bilməsi üçün partiyaya çevrilməsi tələb olunurdu və həmin vaxtdan AXC AXCP-Azərbaycan Xalq Cəbhəsi Partiyası oldu.

Bu təşkilata 11 il ərzində-2000-ci ilin yayına qədər mərhum Əbülfəz Elçibəy rəhbərlik etdi.

Sonradan bu partiya ən azı 3 yerə bölündü-Əli Kərimli, Mirmahmud Mirəlioğlu Qüdrət Həsənquliyev tərəfdarları arasında.

Hazırda AXCP-yə Əli Kərimli rəhbərlik edir.

Qeyd edək ki, AXC-də bu gün siyasi fəaliyyətdə olan və son illər siyasi fəaliyyətdən kənarda qalan  tanınmış siyasətçilərin, millət vəkillərinin, dövlət və hökumət rəsmilərinin, iqtidarlı-müxalifətli, bitərəfli bütün kəsimlərin əksər təmsilçiləri təmsil olunmuş, onun üzvü olmuşdular.

AXC-nin rəhbərliyində (İdarə Heyətində) müxtəlif dönəmlərdə təmsil olunmuş şəxslər bunlar olub:

İsa Qəmbər, Tofiq Qasımov, Sabit Bağırov, Hikmət Hacızadə, Vurğun Əyyub, Pənah Hüseyn, Dilarə Əliyeva (rəhmətə gedib), Etibar Məmmədov, Rəhim Qazıyev, Hacı Əlikram Əliyev ( rəhmətə gedib), Sabir Rüstəmxanlı, Ümid Canbaxışov, Yusif Səmədoğlu (rəhmətə gedib) Zərdüşt Əlizadə, Leyla Yunus və Nemət Pənahlı.

abulfaz elci

elçibəy-SABİR-RÜSTƏMXANLI

Arif_hacili_Isa_qember

sabir

alik karimli

fazail_agamali_141015

eli nağıyev

mirmahmud

AXC-dəki “liderallar” qanadına İsa Qəmbər, “radikallar” qadanadına Etibar Məmmədov liderlik edib.

Sonra Leyla Yunusla Zərdüş Əlizadə AXC rəhbərliyindən və təşkilatın sıralarından istefa verərək, Sosial-Demokrat Qrupunu (indiki ASDP) yaradıblar.

N. Pənahlı da AXC-dən gedib.

Həmçinin, Etibar Məmmədov 1991-ci ilin yayında AXC-dən gedərək, AMİP-i təşkil edib.

1992-ci ildə İsa Qəmbər öz tərəfdarları (Vurğun Əyyub, Hikmət Hacızadə, Sabit Bağırov və sair) ilə  “Müsavat”ı bərpa ediblər, Sabir Rüstəmxanlı VHP-ni, Hacı Əlikram İslam Partiysanı yaradıb.

Ümid Canbaxışov  öz növbəsində  aktiv siyasətdən bir qədər kənarlaşıb.

R. Qazıyev  AXC hakimiyyəti dövründə bu  təşkilatın sıralarından uzaqlaşdırılıb.

N.Pənahlı isə “Turan”- Milli Dövlətçilk Partiyasını yaradıb.

AXC Ali Məclisinin ilk sədri olan Tamerlan Qarayev isə bacanağı-millət vəkili Rasim Musabəyovla Doğru Yol Partiyasını (DYP)  yaradıb.

Sonra həmin partiya “Müsavat”a birləşib, amma T. Qarayev səfir olduğu üçün “Müsavat”a qoşulmayıb.

Həmçinin, AXC-nin rəhbərliyində-Ali Məclisində təmsil olunan siyasətçilər arasında YAP-ın yaradıcılarından və indiki hakimiyyətin bir zamanlar tanınmış simalarından olan mərhum Murtuz Ələsgərov, Əli Nağıyev (keçmiş nazir), həmçinin, Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı, Milli Vəhdət Pariyasının (MVP) Yunus Oğuz (Əliyev) və digərləri olub.

Bununla yanaşı, ADİP-in sədri, millət vəkili Asim Mollazadə, Milli Şuranın sədri, professor Cəmil Həsənli, KXCP-nin sədri Mirmahmud Mirəlioğlu, sabiq deputat İbrahim İbrahimli, millət vəkili, MDHP-nin sədri Fərəc Quliyev, millət vəkili, BQP-nin başqanı Fazil Mustafa, BAXCP-nin sədri Qüdrət Həsənquliyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Aydınlar Partiyasının sədri, BDU-nun professoru Qulamhüseyn Əlibəyli, millət vəkili, Vəhbət Partiyasının sədri Tahir Kərimli, bitərəf millət vəkili Əli Məsimli, səfir və şair Hidayət, keçmiş səfir, tanınmış YAP-çı Ramiz Rizayev, o cümlədən, Zəlimxan Məmmədli, Əli Mustafayev, Aydın Kərimov, Fuad Mustafayev, Tofiq Seyidov, Naxçıvanın sabiq baş naziri Becan Fərzəliyev, Abbas Abdulla, “Müsavat”ın başqanı Arif Hacılı, sabiq nazirlər-Rauf Qarayev, Firudin Cəlilov, İbrahim Vəliyev, o cümlədən, Sahib Məmmədov və digərləri AXC-nin müxtəlif strukturlarında zaman-zaman təmsil olunublar.

Bununla yanaşı, baş nazir Novruz Məmmədov, YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı, səfir, keçmiş nazir Vilayət Quliyevin də  bir zamanlar AXC üzvləri olduqları qeyd olunur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

 

 

Read Previous

“Beşiktaş”dan ilk transfer…

Read Next

“Dünya ölkələri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq qururuq” – DEPUTAT İƏİT-İN RƏSMİSİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir