AXC-nin 100 illiyi ilə yeni medal təsis olunur

Aprelin 24-də Milli Məclisin (MM) üquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, komitənin sədri Əli Hüseynli  gündəlikdəki məsələlər barədə məlumat verib.

meclis-5

İclasda “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi, Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi, Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi barədə müzakirələr aparılıb.

Sonra “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Qısa müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

AŞPA-da AXC-nin 100 illiyindən danışıldı…

Read Next

MOSKVA NİYƏ QARIŞMALIDIR Kİ?! – Zahid Oruc yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir