Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AMEA-nın Əsas binasında “Şərqin ilk demokratik respublikası” mövzusunda elmi konfrans keçirilib.
Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunub.
Etikxeber.az-ın xəbərinə görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, AXC-nin fəaliyyətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı, həmçinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Bu mühüm sənədə əsasən Azərbaycanda və xaricdə AXC-nin 100 illiyi müxtəlif tədbirlərlə yüksək səviyyədə qeyd olunub.
G.Baxşəliyeva Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə görülən işlərdən, parlamentin fəaliyyətindən bəhs edib. Qeyd edib ki, milli dövlətçilik tariximizdə silinməz iz qoyan AXC və parlament tərəfindən xalqın milli mənafelərinə xidmət edən mütərəqqi addımlar atılıb.
Vurğulanıb ki, Azərbaycanın şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Xalq Cümhuriyyətinin yaranması təkcə ölkəmiz üçün deyil, bütün Şərq dünyası üçün böyük əhəmiyyət kəsb edib.
Daha sonra “Azərbaycan Xalq Cümhuriyyəti şərəf və ləyaqət tariximizdir” mövzusunda məruzə ilə çıxış edən millət vəkili, professor Fəzail İbrahimli AXC-nin fəaliyyəti dövründə ölkədə və dünyada baş verən siyasi proseslərdən, ictimai-siyasi vəziyyətdən, tarixi hadisələrdən söz açıb, bəzi məqamları faktlarla diqqətə çatdırıb.
İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova AXC-nin yubileyi ilə bağlı AMEA-da ilboyu silsilə tədbirlərin keçirildiyini bildirib. O, Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin mənəvi, hüquqi varisi olduğunu deyərək, alimlərimizin bu dövrlə bağlı aşkarlanmayan faktları üzə çıxardığını, bu istiqamətdə tədqiqatlar apardığını qeyd edib.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti – İran münasibətlərinin ideoloji problemləri”, “Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə siyasəti: prinsipləri və əsas istiqamətləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Məruzələrdə AXC-nin tarixindən, beynəlxalq münasibətlərindən, müxtəlif sahələrdə fəaliyyətindən söz açılıb.
Etikxeber.az