Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cəlilabad rayonunun Təbriz küçəsi ev № 45 yaşayan Qamət Əcəbəli oğlu İsmayılov ölkə rəhbərliyinə müraciət ünvanlayıb.
Etikxeber.az həmin müraciəti ixtisarla təqdim edir:
“Ali qanunlarımız tapdalandığı, elementar hüquqlarımı bərpa etmək məqsədi ilə yazdığım şikayət ərzələrim nəticəsiz qaldığı üçün ailəmlə birlikdə düşdüyüm ağır durumdan çıxmaq məqsədi ilə illərlə çəkdiyim ağır-acılarımı müraciət şəkilində acıqlamaq məcburiyyətində qaldım.
Hörmətli cənablar!
Mən 19 noyabr 1981-ci ildə Cəlilabad rayonunda anadan olmuşam.
1998-ci ildə şəhər 2-saylı orta məktəbi bitirmişəm.
1999-ci ildə sərbəst güləş üzrə 1-ci dərəcəli güləşçi adına layiq görülmüşəm.
2000-ci ildə DİN-nin D.Q-na Hərbi xitmətə getmişəm. 2001-ci ildə təxris olmuşam.
2001-ci ildə A. R. Gənclər və İdman Turizim Nazirliyi yanında Bakı Bədən Tərbiyəsi və Turizim Kollecinə qəbul olmuşam və 2004-cü ildə oranı bitirmişəm.
2005-ci ildə YAP-a üzv seçilmişəm.
2000-2001-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarındada (DİN DQ) xidmət edərkən Dinamo İdman Cəmiyyətində və Müdafiə Nazirliyinin Ordu-İdman Klubunda idman yarışlarında uğurlar qazanmışam.
Diplom, Fəxri fərman və mükafatlarla təlltif olunmuşam. 2001-ci ildə DQ-nin Şəki-Zaqatala hərbi hissəsində xidmət edərkən mənə Xidməti Xasiyyətnamə verilib.
Bütun çətinliklərə baxmayaraq həmişə ölkə rəhbərinin xarici və daxili siyasətini dəstəkləmişəm. Dövlətçiliyimizin keşiyində dayanmışam, vətənpərvərlik baxımından sayılıb-seçilmişəm.
Belə ki, DQ-nin xusisi əməliyatlarında bir Əsgər kimi iştirak etmişəm, dövlətçiliyimizin qorunmasında səylə vuruşmuşam. “N” saylı hərbi hissənin Əsgəri kimi peşəkarlıq və qətiyyət göstərmişəm. Qarşıya çıxan çətinliklərə baxmayaraq vəzifə borcumu vicdanla yerinə yetirmişəm və asayişin bərpa olunmasında canımdan keçməkdən belə qorxmamışam.
2001-ci ildə Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kriminogen durum kəskin şəkildə pisləşmişdi. Silahlı cinayətkarlar “N” saylı hərbi hissəyə basqın etmiş və Zaqatala Rayon Polis Şöbəsinin Əməkdaşları quldurlar tərəfindən atəşə tutulmuşdu. Bölgədə bir sıra terror aktları törədən silahlı cinayətkarların axtarılmasında və zərərsizləşdirilməsində “N” saylı hərbi hissənin Əsgəri kimi tapşırıqları layiqincə yerinə yetirmişəm, mətinlik və fədakarlıq göstərmişəm. Gürcüstan, Dağıstan, A. R. sərhədlərində cinayətkarlara qarşı axtarış əməliyyatlarında iştirak etmişəm. 10 may 2000-ci ildə UlU Öndər H.Əliyevin ad günü münasibəti ilə T.Bəhrəmov Adına Stadionda Hərbi Pakaznoyda iştirak etmişəm və nümunəvi çıxışlar göstərmişəm.
2000-ci ildə mərhum eks-prezident Əbülfəz Elçibəyin cənazəsi Türkiyədən Azərbaycana gətirilərkən və dəfn mərasimində müəyyən insanlar ictimai asayişi pozmaq istərkən DQ-nin Əsgəri kimi sabitliyin bərpasında istirak etmişəm.
2000-ci ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı əhaliyə bir əsgər kimi kömək etmişəm.
2000-2001-ci ildə hərbi xidmət etdiyim hərbi hissələrdə aldığım xəsarətlər,
Bakı.şəhəri. Binəqədi r. Biləcəri qəsəbəsində, Motodrom stadionunda məşğələ zamanı:
Bakı şəhəri.Yasamal r. Qələbə kinoteatırının ətrafında gedən mitinqlərdə DQ-nin Əsgəri kimi dövlətin təhlükəsizliyini qoruyan zaman:
Bakı şəhəri Qaradağ r. Hərbi poliqonunda məşğələ zamanı:
Hacıqabul r. karantində hərbi təlim zamanı:
Bakı.şəhəri. Xəzər r. Qala qəsəbəsi.Türkiyə.Respublikasından gələn komandoların keçirdiyi hərbi təlim zamanı Şəki, Qax, Zaqatala, Balakən rayonlarında xidmət edərkən mitinqlərdə, əməliyyatlarda dövləti mühafizə etmişəm və kəllə-deyin traması, müxtəlif bədən xəsarətləri almışam. Xidmət ttdiyim hərbi hissələrin xəstəxanasında, Sahil (Primorski) qəsəbəsində yerləşən Hərbi hostitalda müalicə almışam və yenidən hərbi xidmətə davam etmişəm.
Hörmətli cənablar!
Mən hələ uşaq ikən Əlil olmuşam. Buna baxmayaraq könüllü olaraq orduya getmişəm, vətənə olan borcumu layiqincə yerinə yetrmişəm. Sağlam gənclərin bəzisi hansı yollarlasa ordu sıralarından kənarda qalırdı və bu imtiyazdan öz məqsədləri ücün istifadə edirdi. Bu gün saxta əlillər demək olar ki, cox şeyə nail olublar. Amma mən döyüşgən Əsgər, Vətənpərvər insan kimi Haqqımı Ala bilmirəm. Ailəliyəm 2 uşaq atasıyam, kirayə evdə yaşayıram. Dəfələrlə rəsmi qurumlara muraciət etmişəm. Səsimə səs, hay verən tapılmır. Mən də hərbi əlil kimi evlə-maşınla, Prezident təqaüdü və sığorta ödənişi ilə normal işlə təmin olunmaq hüququna malik Azərbaycan vətəndaşıyam.
Hörmətli Cənablar!
Mərhum böyüklərim məni hərbi xidmətə qoymurdu-Əlil olduğum üçün. Amma mən Əlilliyimi bir qırağa qoydum, Vətənə xidmət etməyə eetdim. Mərhum böyüklərim xəstəlik sənədlərimi xidmət etdiyim Hərbi hissəyə gətirdilər. Mənə Hərbiyə yararsız Hərbi bilet verirdilər. Mən ondan imtina etdim. Hərbi hissə komandirinə bildirdim ki, bir neçə aydır xidmət edirəm. Az qalır xidmətimi başa çatdırmağa. Haqsızlıq olar mənə Hərbiyə yararsız bilet verilsin. Neçə aydan sonra xidməti başa vurdum. Hərbidən təxris olunduqdan sonra heç bir xəstəlik sənədimi mənə vermədilər.
Mən də sadəlövlükdən həmin xəstəlik sənədlərimin mənə lazim olacağını düşünmədim və tələb etmədim. Mənə başa salmadılar ki, bu sənədlər sonradan lazım olacaq. Sonra müxtəlif illərdə DQ-nin “Primorski Hospitalı”nın həkimlərinə müraciət etdim. Hərbi xidmətim vaxtı xəsarət aldığım və müalicə olunduğum haqqında olan sənədlərimi verilməsini xahiş etdim. Məndən rüşvət istədilər. O vaxt mən rüşvət vermədim. Aidiyyatı qurumlara şikayət etdim. Şikayət etdiyim qurumlar mənə söz verdi ki, sənə köməklik olunacaq. Amma heç bir köməklik olunmadı. Əksinə, mənim xəstəlik sənədlərimi itirdilər. Mən də çarəsiz qaldım. O vaxt Hərbi Səfərbərlik Xidmətinin rəisi Cəlilabad rayonuna gələrkən onunla görüşdüm. Hərbiyə aid olan şikayətimi bildirdim. O, mənə köməklik olunacağına söz verdi. Hərbi Səfərbərlik Xidmətinin rəisi mənim işimlə bağlı DQ-yə müraciət etdi.
DQ-dən mənə zəng olundu və məktub gəldi. Mənə bildirdilər ki, biz yeni kadrlarıq, Hospital köçürülüb başqa əraziyə, cox dəyişiklər olub, sənin xəstəlik sənədlərini arxivdən tapa bilmədik və sair. Eyni zamanda, məndən “hansı gündə yatıbsan”-deyə, soruşdular, məndə onlara cavab verdim. Neçə illər öncə hərbdən gəlmişəm, kəllə-beyin travması və bədən xəsarəti almışam, o vaxtdan əsəb-ürək dərmanları qəbul edirəm və çox şey yadımdan çıxıb.
Hörmətli cənablar!
Axı, mən nə edim? Adi xəstəlik təqaüdü alıram. O da yaşamaq üçün kifayət etmir. Neçə ildir ki, istəyirəm DİN-nin D.Q-nın Hospitalından xəstəlik sənədlərimi (Tibb arayışı) alıb ev nöbəsinə durum və təqaüdüm hərbi təqaüd kimi təyin edilsin. Mülki əlil kimi vətənə xidmət etmişəm və hərbi əlil kimi qayıtmışam. Ancaq xidmətimə nə mənəvi, nə də maddi qiymət verilir. Məmurlar məndən əlil kimi istifadə edib haqqımı vermədilər. Belə qanunsuzluq olmaz. Bu məmurlar haqqında tədbir görulməsini xahiş edirəm. Bütün seçkilərdə fəal iştirak etmişəm. Bu istiqamətdə üzərimə qoyulan vəzifələri vicdanla yerinə yetirmişəm. Ona görə sizlərə müraciət edirəm və inanıram. İnanıram ki, bir vətandaş kimi problemlərimi gec də olsa, həll edəcəksiniz…”

Etikxeber.az




