Çox pis və təhlükəli (həm də əxlaqdan, peşəkarlıqdan uzaq) bir tendensiya yaranıb…
Kiminsə (xüsusilə, tanınmışlardan, məşhurlardan, üzdə olanlardan…) qohumu, yaxını, yeddi arxa dönəninə aid olanı hansısa qələti, alçaqlığı edibsə, edirsə, dərhal edən, etdirən, onun ailə üzvləri bir kənarda qalır, hamı hurrey deyib məhz həmin tanınmışın, tanınmışların, məşhurun, məşhurların üstünə (bunu Xalq artisti Mələkxanım Əyyubova, daha doğrusu, onun qardaşı oğlu ilə bağlı məsələdə də gördük, həmçinin, Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı iddia edilən qızla bağlı məsələdə də görürük)…
Az qalırlar ki, onları doğulduqlarına, dünyaya gəldiklərinə peşman etsinlər…
Az qalırlar ki, onları linç etsinlər, gilyotindən keçirsinlər…
Heç kim özünü bircə anlıq olsun belə, onların yerinə qoymaq istəmir…

Həmin tanınmışın və ya məşhurun axı, nə günahı var ki, qohumu, əzizi şərəfsiz, alçaq çıxıb?!
Buna görə günahkardırmı, məsuliyyətlidirmi?!
Əgər mənim qohumlarından, yeddi arxa dönənimdən, cəddi-əqrəbamdan kimsə nəsə edibsə, mənə ona cavabdehəmmi və yaxud, şəxsi ailə üzvlərimdən kimlərsə nəsə edibsə, bunun qohumlarıma, hətta, tək və yeganə bacıma nə dəxli var?!
Sadəcə, öyüd-nəsihət vermək olar, o yanası yoxdur…
Gəlin cılız və şəxsi maraqlarımız və yaxud qeyri-peşəkarlığımız, dayazlılığımız üzündən insanları töhmət, minnət altında qoymayaq, onların qəlbində dərin və sağalmaz yaralar açmayaq!!!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az