“Axı, yaramaz məmurların topladığı topdağıtmaz sərvətin yığıldığı günlərdə, o sərvətin saxlandığı rayonda… yavan çörəyə ehtiyacı olanlar da olub…”-QƏNİRƏ PAŞAYEVADAN SƏRT SÖZLƏR

Hər kəs öz etdiklərinə görə cavabdehdir. Bu cavabdehlik ilk növbədə insanın öz vicdanı qarşısında olmalıdır. Məşhur deyimlə ifadə etsək, “sənin nəzarətçin – sənin vicdanındır”; ikincisi, vəzifə varsa, o vəzifəyə təyin edən də var. Bu çox sadə həqiqəti unutmaq qafillikdir. Yəni, hələ də köhnə streotiplərdən qurtula bilməyənlər varsa, sabahkı aqibətlərinə görə kimisə yox, məhz özünü, öz əməllərini günahkar və cavabdeh bilsin. Çox təəssüf, hər yeni həbs, hər yeni işdən azad edilmələr göstərir ki, vətəndaşla dövlət arasında soyuqluq yaradanlar, etimadsızlıq toxumu səpənlər yalnız o tutulan və işdən çıxarılanlardan ibarət deyil.

Biz qəti əminik ki, cənab Prezidentin başçılığı ilə dövlət öz təmizlənmə, yenilənmə, şəffaflaşma siyasətini, məntiqi sonluğa çatanadək davam etdirəcə, sadə insanlarımız bu prosesin faydalanan, sevinən tərəfi olacaq. İşdən azad edilən, həbs edilənlərlə bağlı elə həssas məsələlər ortalığa çıxır, doğrusu, adam dərin kədərə qərq olur.

Etikxeber.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva son dövrdə baş verən hadisələrə münasibətini bildirərkən deyib.

“Ona görə ki, az-çox təhsil görmüş, pis-yaxşı kitab oxumuş, yaxud bir müddət məsul vəzifədə çalışmış bir adam necə olur, yeni dövrün çağırışlarını anlamır, şəffaflıqla bağlı qəti siyasi iradənin fərqində ola bilmir, antikorrupsiya tədbirlərinin mahiyyətini başa düşmür?! İkincisi, bir adamın nəfsinin, acgözlüyünün bir hədd-hüdudu olmazmı? Nəhayət, axı, yaramaz məmurların topladığı topdağıtmaz sərvətin yığıldığı günlərdə, o sərvətin saxlandığı rayonda… yavan çörəyə ehtiyacı olanlar da olub. Və o ehtiyac sahibinə dəstək durmaq qanunsuz sərvət toplayanın borcu olub.

O ehtiyacın qarşılanması üçün o məmura dövlət vəsaiti etibar olunub. Ayrıca, Heydər Əliyev Fondunun göndərdiyi sovqata da göz dikmək qədər tənəzzül etməkçün bir imkanlı, vəzifəli adamın nə qədər mənəviyyatsız olması gərəkdir?! Təsəvvür etmək belə çətindir…”-deyən millət vəkili bildirib ki, qoy, şəffaflığa hazır olmayan məmurlar həm bizləri bu çətin təsəvvürlərdən qurtarmaq üçün, həm də daha çox öz gələcəkləri üçün günümüzün reallıqlarını idrak etsin.

“Bu, hamı üçün yaxşı olar, ancaq ilk növbədə islah olanların özü üçün vacibdir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Fransanın Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləmək öhdəliyinə arxalana bilərsiniz”-MAKRON

Read Next

Kosta zədə səbəbindən karyerasını-BAŞA VURA BİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir