“Axırıncı dəfə bizimlə çox qısa danışdı və dedi ki, meşəyə gedirik…Sən demə, Şuşaya doğru irəliləyirlərmiş…”-GÖYÇAYLI, BIĞIRLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, ŞƏHİDLİYİNDƏN SONRA 19 YAŞLI BACISI VƏFAT EDƏN QÜDRƏT ƏZİZOVUN ANASI ŞƏLALƏ ƏZİZOVA – FOTOLAR – YENİLƏNİB

“Axırıncı dəfə Şəhidliyindən 5 gün öncə danışmışdıq…Əvvəlcə atası ilə, sonra mənimlə danışdı…Çox qısa danışdı və dedi ki, meşəyə gedirik…Sən demə, Şuşaya doğru irəliləyirlərmiş…Noyabrın 2-dən Şəhidliyinə, ayın 7-nə qədər danışa bilmədik…Və noyabrın 7-də Şuşada Şəhid oldu…Amma bizə Şəhidliyi xəbəri ayın 10-da, müharibə bitən gün verildi…Elə həm gün də dəfn olundu…”

Bu sözləri Göyçayın Bığır kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhidi Qüdrət Bəhruz oğlu Əzizovun anası Şəlalə Əzizova dilə gətirib…

Şəhidimizin anası bu sözləri, bu fikirləri bu gün onları, Qüdrət Əzizovun ocağını ziyarət zamanı söyləyib…

Qeyd edim ki, bu gün səhər saatlarında Bığır kəndindən olan və Bakı şəhərində yaşayan rəssam Elminaz Qəhrəmanova və həyat yoldaşı, İkinci Vətən Müharibəsi Qazisi Şamil Xabarovla birlikdə Şəhidimizin ailəsini, ocağını ziyarət etdik…

Şəhidimizin ailəsinə, əzizlərinə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Şəhidimizin ruhu və ailəsi qarşısında baş əydiyimizi bildirdik…

Sonra təxminən yarım saat çəkən ziyarətimiz zamanı Şəhidimizin anası, qardaşı Səmral ilə söhbətləşdik…

Şəhidimizin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna birgə nəzər saldıq…

Şəhidimizin anasının dediklərindən:

“Qüdət çox ağıllı, çox sakit bir bala idi…Kimsəni incitməz, kimsənin xətrinə dəyməzdi…Böyüklə-böyük, kiçiklə-kiçik kimi rəftar edirdi…Müharibə zamanı hər dəfə danışanda da sözü bu olurdu ki, özünüzdən muğayat olun…Və həm də deyirdi ki, işıqları söndürün, birdən evi, kəndi vurarlar…”

Onu da qeyd edim ki, Qüdrət Əzizov 1997-ci ilin iyun ayının 19-da Bığır kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…

Orta məktəbi bitirdikdən sonra, 2015-2016-cı illərdə Əsgərlikdə, hərbi xidmətdə olub, Beyləqan istiqamətində “N” saylı hərbi hissəsə qulluq edib…

Əsgərliyini başa vurduqdan sonra-evinə dönüb, fəhləliklə məşğul, ailəsinə dəstək olub…

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub…

Sentyabrın 29-dan noyabrın 7-cən uzun şərəfli döyüş yolu keçib…

Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı Şuşa istiqamətlərində döyüşüb…

Və noyabrın 7-də Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq Şəhidliyi xəbəri ailəsinə noyabrın 10-da, müharibə başa çatan gün verilib və elə həmin gün nəşi gətirilərək, Bığır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 5 medalla təltif olunub…

Bu yerdə qeyd edim ki, Dərdli, Yaralı Əzizovlar ailəsi cəmi 5 ayın iki itki, iki faciə yaşayıb…

Qüdrətin Şəhidliyindən sonra, 2021-ci ilin aprelində isə subay və xərçəng xəstəliyindən əziyyət çəkən bacısı Ayna cəmi 19 yaşında dünyasını dəyişib…

Şəhidimiz həm də nişanlı olub…

Şəhidliyindən iki il sonra, onunla eyni ayda, iyunun 3-də tək qardaşının övladı dünyaya gəlib və ona Qüdrətin adı verilib…

Ruhu köməyi olsun, torpağı sanı yaşasın!

Allah Şəhidimizin məqamını Uca, dərgahını mübarək etsin!

Nurlar içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hərbi xidmətdə olarkən məktub yazmış və orada Şəhid olacağını qeyd etmişdi…Elnur belə bir oğul idi…Ürəyi ancaq Vətən, Torpaq eşqi ilə döyünürdü…”-GÖYÇAYLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, BEŞ MEDAL VƏ BİR ORDENLİ ELNUR ƏLİYEVİN ANASI TAHİRƏ ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 9 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir