“Axırıncı dəfə danışanda gülə-gülə dedi ki, hər şey qaydasındadır, hər şey yaxşı olacaq, narahat olmayın…”-ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN, ÜÇÜNCÜ-ADINI DAŞIYAN ÖVLADI ŞƏHİDLİYİNDƏN 15 GÜN SONRA DÜNYAYA GƏLƏN ŞƏHİD ANAR İSRƏFİLOVUN ATASI İSRƏFİL İSRƏFİLOV – FOTOLAR

Anar İsrəfil oğlu İsrəfilov…

Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidi…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Vətinini canından, ailəsindən, balalarından üstün tutan Vətən fədaisi…

Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidi…

Anar İsrəfilov 1990-cı ilin yanvar ayının 4-də Ağdaş rayonunun Ləki kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri olub…

Ləki kəndində orta təhsilini bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyini başa vurdiqdan sonra isə yenidən ailəsinə, evinə dönüb…

Müxtəlif sahələrdə, təhlükəsizlik xidmətlərində çalışıb…

O, həm də idmançı olub…

Ailə həyatı qurub…

Əvvəlcə iki övladı-Amili və Xədicəsi, Şəhidliyindən 15 gün sonra, İkinci Vətən Müharibəsi başa çatan gün isə adını daşıyan sonuncu-üzünü görmədiyi Anarı-Anar Anar oğlu İsrafilov dünyaya gəlib…

İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə də özü könüllü atılıb…

Oktyabrın 5-dən 25-cən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində vuruşub, şərəfli döyüş yolu keçib…

Axırıncı dəfə ailəsi, atası İsrəfil kişi ilə danışıb Şəhidliyindən bir gün öncə-oktyabrın 24-də…

Gülə-gülə deyib ki, “hər şey yaxşılıqdır, hər şey qaydasındadır, hər şey yaxşı olacaq, narahat olmayın”

Oktyabrın 25-də isə Füzuli rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 26-da Ləki kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra dörd medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Cəsur döyüşçü” medalları təltif olunub…

Hazırda kəndlərində adını daşıyan küçə var…

***

Dünən-21 iyul 2023-cü il tarixində Şəhidimizin valideynləri ilə tanış oldum…

Onlarla İmişlili İkinci Vətən Müharibəsi Şəhidi Emin Süleymanovun Cənnətdəki üçüncü doğum günü mərasimində bir araya gəldim, hal-əhvallaşdım, söhbətləşdim, dərdləşdim…

Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Şəhidimizin ruhu və onların qarşısında baş əydiyimi bildirdim…

Və söz verdim ki, bir gün gəlib onları da evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyəm…

Məqamı Uca, Dərgahı mübarək olsun-Şəhidimizin!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cənnətdəki üçüncü doğum günü, 23 yaşı tamam olan-SAMUXLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ EMİL SADIQZADƏ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Cəmi 18 yaşında Vətən yolunda canını fəda edən məzarsız Şəhid, medalı Heydər Əliyev tərəfindən atasına təqdim edilən-NEFTÇALALI RÖVŞƏN AĞAMALIYEV…BU GÜN ŞƏHİDLİYİNDƏN 30 İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir