Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qiyas Ramil oğlu Manafov…
18 iyul 2004-cü il, Bakı doğumlu…
Ailənin böyük, üç oğlan övladından biri…
Azərbaycan Ordusunun-bir il üç ayın Əsgəri…
19 sentyabr 2023-cü il-lokal xarakterli, 23 saatlıq antiterror Şəhidi…
Cəmi 19 yaşlı Şəhidimiz, Vətən sevdalımız…
İgidimiz, Qəhrəmanımız, Vətən fədaimiz…
Əslən Bakılı olan Qiyas Manafov 2011-2022-ci illərdə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə oxuyub…
2022-ci ildə balı az olduğu üçün ali məktəbə daxil ola bilməyib…
Və elə 2022-ci ilin iyulunda da həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Füzuli istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib…
Axırıncı dəfə isə 2023-cü ilin 17 oktyabr tarixində ailəsi ilə danışıb, hər şeyin yaxşı olduğunu deyib…
Və cəmi iki gün sonra, 19 sentyabr 2023-cü il tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi iki gün sonra, sentyabrın 21-də İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Qardaşları Kərimlə Vahid hazırda orta məktəb şagirdləridir…
Onlar da A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə oxuyurlar-biri onuncu, digəri isə altıncı sinifdə…
Qeyd edim ki, Qiyas Birinci Qarabağ Savaşı Şəhidi, ailənin tək və subay övladı Emin İsmaylovla eyni məktəbdə təhsil alıblar və yaxın, dost olublar…
Hər ikisi də 54 saylı məktəbin Şəhidləridir.
***
Dünən-3 aprel 2024-cü il tarixində Şəhid ailələri üçün təşkil olunan iftar mərasimində Şəhidimizin saçları dümağ ağarmış, çöhrəsindən, gözlərindən kədər yağan anası İlahə xanımla, İlahə Manafova ilə tanış oldum…
Onunla eyni masa ətrafında əyləşmişdik…
Cəmi 39 yaşında övlad, oğul acısı yaşayan İlahə xanımla söhbətləşdim, dərdləşdim…
Ona və ailəsinə Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Ruhu qarşısında baş əydiyimi bildirdim…
Və bir gün onları evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyimə söz verdim…
Allah bir daha səbr və dözümlərini versin!
Allah bir daha Nur üzlü Şəhidimizin məqamını Uca etsin!
Nurlar icində uyusun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az