“Axtarışlar nəticəsizdir…” – QƏRARGAH

İtkin düşən neftçilərin axtarışları davam edir.

Bu barədə Etikxeber.az-a “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışlarına hazırda Fövqəladə Hallar Nazirliyinin bir ədəd, Dövlət Sərhəd Xidmətinin isə 2 ədəd helikopteri cəlb olunub. Bundan əlavə 6 ədəd iri gəmilər hadisə yerində axtarışlar aparır.

Məlumat verilib ki, hava şəraiti ilə əlaqədar dalğıc gəmilərini axtarışlara cəlb etmək mümkün olmayıb. Lakin mümkün variantlardan istifadə edərək axtarışlar davam etdirilir.

Etikxeber.az

Read Previous

“Əsas məqsəd “Hava-Hava”, “Hava-Yer” tipli raketlərin istehsalıdır” – CAMALOV

Read Next

Nazir ermənilərin təxribatları barədə amerikalı generalı məlumatlandırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir