“Ayaks” və “Barsa” Çempionlar Liqasının yarımfinalında – FOTO

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə ilk iki vəsiqə qazanan komandaların adları məlum olub.

Etikxeber.az xəbər verir ki, mərhələnin ilk oyun günündə qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunub.

Mərhələnin ən gözlənilməz hesabı İtaliyada qeydə alınıb. “Yuventus” öz meydanında “Ayaks”ı qəbul edib. Hollandiyada baş tutan görüşdə qalib müəyyənləşmədiyi üçün turinlilərə bu oyunda qolsuz heç-heçə də sərf edirdi.

uefffaaaa

İlk dəqiqələrdən hücuma atılan “qoca sinyora” 28-ci dəqiqədə hesabda önə keçib. Kriştiano Ronaldo adını tabloya yazdırıb. Fasiləyə qədər matçın 34-cü dəqiqəsində Amsterdam təmsilçisi hesaba bərabərlik gətirib. Donni van de Bik (34) fərqlənib. Fasilədən sonra oyunun 64-cü dəqiqəsində Matthijs de Ligt başla dəqiq zərbə vuraraq komandasını hesabda önə çıxarıb. Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayan “Ayaks” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Gecənin digər matçında “Barselona” öz meydanında İngiltərənin “Mançester Yunayted” komandasını qəbul edib. Doğma azarkeşlər önündə 0:1 hesabı ilə məğlub olan Ule Qunnar Sulşerin baş məşqçi olduğu “Mançester Yunayted” cavab qarşılaşmasında “Barselona”ya böyük hesabla məğlub olub – 3:0. Beləliklə, ümumi hesabla “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Mançester Yunayted” 20 il əvvəl məhz “Nou Kamp”da Almaniya “Bavariya”sını finalda 2:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Həmin görüşdə Sulşer futbolçu qismində iştirak edib. Həmin oyunun 81-ci dəqiqəsində meydana daxil olan norveçli hücumçu 90+3-cü dəqiqədə komandasının qələbə topunu vurub.

“Barselona” isə doğma meydanda keçirdiyi 4 qarşılaşmanın heç birində “qırmızı şeytanlar”a məğlub olmayıb – 2 qələbə, 2 heç-heçə. Kataloniya təmsilçisi, həmçinin Çempionlar Liqasında “Nou Kamp”da keçirdiyi ardıcıl 30 matçda məğlubiyyətin nə olduğunu bilmir.

Etikxeber.az

 

Read Previous

Elinanın intihar etdiyi məktəbin direktoru ilə bağlı qərar verildi… – PROKURORLUQ

Read Next

4 ölkə 2028-ci və 2030-cu il çempionatlarını birgə təşkil edəcək?! – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir