“Ayasofyanın məscid kimi fəaliyyətini bərpa etməsi Türkiyənin güclü iradəsinin və Türk millətinin yenilməz əzminin təcəssümüdür”-DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ İLK DƏFƏ BU MƏSƏLƏDƏN DANIŞDI

1500 illik tarixi olan, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Ayasofyanın yenidən məscid kimi istifadəyə verilməsinin tarixi və siyasi səbəbləri var. Onunla bağlı qərarların dəyişdirilməsində günün reallıqları mühüm rol oynayıb.

Bunu Etikxeber.az-a özəl açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyədə Ayasofya müzeyinin yenidən məscidə çevrilməsi barədə fikirlərini bildirərkən deyib.

“Bu, sadəcə qardaş Türkiyə deyil, həm də bütün müsəlman dünyası üçün tarixi hadisədir. Şübhəsiz ki, Ayasofyanın məscid kimi fəaliyyətini bərpa etməsi Türkiyə Cumhuriyyətinin güclü iradəsinin və Türk millətinin yenilməz əzminin təcəssümüdür. Bu mənada Azərbaycanın mövqeyi birmənalıdır və biz Türkiyə hökumətinin atdığı qəti addımı təqdir edirik”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Xatırladaq ki, Türkiyə məhkəməsi iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib.

Belə ki, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabineti Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərar çıxarıb. Məhkəmə hökumətin bu qərarını ləğv edib.

Qeyd edək ki, ölkənin Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Agentliyi bu qərarın ləğv olunması üçün hələ 2005-ci ildə məhkəməyə şikayət etmişdi və artıq muzey bir neçə müddətdir yenidən məscid kimi fəaliyyət göstərməkdədir

Etikxeber.az

Read Previous

Valeh Ələsgərovla əlcəzairli səfir nəyi-MÜZAKİRƏ ETDİ? – FOTOLAR

Read Next

Təhsil müəssisələrində maskadan istifadə məcburi olmayacaq-İDMAN ZALLARI, KİTABXANALAR İŞLƏMƏYƏCƏK, NƏZARƏT FUNKSİYASINI YERİNƏ YETİRƏN MƏSUL ŞƏXSLƏR OLACAQ – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir