Ayaz Mütəllibov dövlət və hökumət rəsmiləri ilə bir yerdə-XOCALI ABİDƏSİNİ ZİYARƏT ETDİ – FOTOLAR

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında soyqırımı baş verən vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Niyazi oğlu Mütəllibov da olub.

Etikxeber.az-ın xəbərinə görə, A. Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Eyni zamanda, eks dövlət başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb.

Qeyd edək ki, A. Müəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib.

Etikxeber.az

Read Previous

SƏRT ÜZLÜ ŞAHİDLƏR – Rafael Hüseynov yazır

Read Next

Prezident İlham Əliyev Xocalı abidəsini-ZİYARƏT ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir