Aybəniz Haşımovanın “Sənət Akademiyası”nın Kamera və Orqan Musiqisi Zalında möhtəşəm konsert proqramı-KONSERT MƏRHUM DÖVLƏT BAŞISI HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNDU – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-axşam saatlarında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında tanınmış sənətkar, Əməkdar artist, Şəhid xanımı Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası” Məhud Məsuliyyətli Cəmiyyətinin tələbələrinin konserti keçirilib.

Konsert proqramı mərhum dövlət başçısı Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Etikxeber.az xəbər verir ki, konsert eyni zamanda, Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Filarmoniyasının dəstəyi ilə baş tutub.

Konsertdə ilk öncə mərhum Heydər Əliyev və Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlara-ifalara keçilib.

Möhtəşəm konsert proqramında Aybəniz Haşımova və yetişdirmələri, “Sənət Akademiyası”nın tələbələri çıxış və ifa ediblər.

Onları Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

Gurultulu alqış sədaları altında keçən konsert proqramında xalq və bəstəkar mahnıları ifa edilib, səsləndirilib.

“Sənət Akademiyası”nın tələbələri bir-birindən gözəl və bənzərsiz mahnılar ifa ediblər.

Eyni zamanda, balaca və yeniyetmə rəqqaslar tərəfindən rəqs nömrələri ifa edilib.

Bununla yanaşı, Aybəniz Haşımova tərəfindən Azərbaycana, mərhum Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.

İki saatdan çox davam edən konsert proqramında sənət adamları, yaradıcı şəxslər, Şəhid ailələri, şəhər sakinləri, media mənsubları, Mədəniyyət Nazirliyinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları iştirak ediblər.

Konsert proqramının sonunda Aybəniz Haşımova bir daha hər kəsə öz minnətdarlığını və təşəkkürlərini ifadə edib.

21: 20

***

FOTOLAR:

22:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan məktəb binası ilə-TANIŞLIQ – FOTO

Read Next

“İnsanların böyük əksəriyyətindən daha çox şey bilirəm, bu vəzifəyə namizədliyi irəli sürülmüş hər kəsdən daha çox təcrübəm var”-BAYDEN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir