“Aybəniz xanıma, Şəhid qızına dil uzadanlar…,heç nəyi bacarmırsınızsa, heç olmasa, susmağı bacarın-SUSUN!”-KAMİL HƏMZƏOĞLU YAZIR

Çox qəribə cəmiyyətik…

Ağzını açıb bir kəlmə söz demək mümkün deyil az qala…

Dərhal vətən, xalq, millət…deyib, ancaq bu ülvi hisslərdən qat-qat uzaq olanlar, Qarabağın, döyüş bölgəsinin, cəbhə-təmas xəttinin…harada yerləşdiyindən belə düz-əməli xəbəri olmayanlar admın üstünə, ifadəmə görə üzrlər, qarğa-quzğun kimi tökülüşürlər…

Anlamadan, dinləmədən, mahiyyətinə varmadan…səni linç etməyə, gilyotindən keçirməyə qalxırlar…

İndi də həmin ülvi hisslərdən uzaq olanlar Xalqımızın böyük Sətənkarı, dəyərli Vətən övladı, Şəhid xanımı-Əməkdar artist Aybəniz xanım Haşımova və onun yeganə-istedadlı, ləyaqətli övladı, Şəhid balası Aynişan xanıma dil uzatmağa, mədəniyyətsizlik, tərbiyəsizlik nümayiş etdirməyə başlayır, onların bir erməni ifaçısı ilə fotolarını paylaşıb, ağızlarını Allah yoluna qoyublar…

Nədi-nədi Aybəniz xanım Sevinc Osmanqızını tənqid edib…

Təbii ki, hər kəs, o cümlədən, Aybəniz xanım da dediklərinə özünə cavabdehdir, özü məsuliyyət daşıyır… Düz deyib, səhv deyib, sözüm onda da deyil…

Təbii ki, mən də, digərləri də, hər kəs də, Aybəniz xanım da tənqiddən, ittihamlardan xali deyil, sığortalanmayıb, sığortalanmamışıq…Hamı tənqid oluna bilər…Amma söhbət sağlam tənqiddən gedir, təhqirdən, tərbiyəsizlikdən, şərdən, böhtandan deyil…

Dünənə qədər səsi çıxmayanlar guya ki, xanım-Şəhid qızı Osmanqızının müdafiəçisinə çevriliblər və digər Şəhid ailəsinə, Şəhid xanımına, Şəhid qızına dil uzatmağa başlayıblar…

Əslində, onları kimsə, ali hisslər və dəyərlər maraqlandırmır, onları maraqlandıran dar, cılız, məkrli maraqlarıdır, sadəcə, söymək, təhqir…etmək üçün növbəti ünvan olsun, növbəti hədəf tapsınlar və bulanıq suda balıq tutmağa çalışsınlar…

Amma həmin zavallılar bilmirlər və ya bilmək istəmirlər ki, Aybəniz xanım hələ çox gənc yaşlarından nələr yaşayıb, nə əzab-əziyyətlərə qatlaşıb…

Ömrünün ən gözəl, deyib-gülən çağlarında həyat yoldaşını itirib, özü də Vətən torpaqları yolunda, uğrunda…

Hələ də Şəhidlər Xiyabanında-1992-ci ilin qızmar iyul günlərində (Şəhidimiz Xalid bəyin dəfn mərasimində) səsi, hıçqırtısı, fəryadı, ah-naləsi göylərə bülənd olan Aybəniz xanımın halı, vəziyyəti…gözlərimin önündən getmir…Yadıma düşdükcə, sanki dünyam başıma uçur…

Bu, həmin Aybəniz xanımdır ki, tək balasını böyüdüb-başa çatdırmaq üçün həyatın minbir əzablarına, sınaqlarına qatlaşmalı olub…Yıxılıb, amma özü-öz gücünə ayağa qalxıb, yıxılıb, amma əyilməyib, sınmayıb…

İndi dil uzadanlar bəlkə, ötən illər ərzində-1992-cil ilin iyulundan bu günə kimi bircə dəfə olsun Aybəniz xanımla, onun problemləri, dərd-səri ilə maraqlanıblar? Bəlkə, bircə dəfə olsun belə, Aybəniz xanımın qaysaq bağlamayan yarasına məlhəm qoyublar, acılarını xəfiflədiblər, gözünü açar-açmaz atasını itirən balasının-Aynişan xanımın göz yaşlarını silib, saçına sığal, tumar çəkiblər? Bəlkə hansısa dərdlərinə dərman olublar?

Çətin ki, bu suallara həmin şüvənlər…cavab verə bilsinlər və ya cavab vernək iqtidarında olsunlar…

Ancaq onlar bilsinlər və qulaqlarına da sırğa etsinlər ki, Aybəniz xanım cəmi 24 yaşındaykən həyat yoldaşını itirib, Şəhid verib, arzuları çilik-çilik olub, edilib, həyatın, taleyin amansızlıqları üz-üzə qalıb, yataqlara düşüb, uzun illər səhnədən, sənətdən getməli olub…

Bu gün də yaşadıqları onun səhhətindən yan keçmir, əksinə, daha da…

Təkbaşına, kimsənin köməyi-yardımı olmadan, halal zəhməti, fədakarlığı ilə böyütdüyü balası da Azərbaycanın əl layiqli və ləyaqətli gənclərindəndir…

Ona görə də şüvənlərə, saxta vətən, millət…”təəssübkeşləri”nə demək, səslənmək istəyirəm ki, heç nəyi bacarmırsınızsa, heç olmasa, susmağı…bacarın varı…SUSUN!!!

12:14

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Düşmən etmədiklərimiz, oxumadıqlarımız, görmədiklərimizdir!”-ZAHİD ORUCUN YAZISI

Read Next

“Tovuzun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Gədəbəyin Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir