Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-axşam saatlarında “Azdrama”-da böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovunun 100 illik yubileyinə həsr olunmuş gecə təşkil olunub.
Gecə Şövkət Ələkbərovanın tələbələrindən olan tanınmış sənətçi, Əməkdar artist, Şəhid xanımı Aybəniz xanım Hamışovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Etikxeber.az xəbər verir ki, gecədə sənət adamları, media mənsubları, tanınmış ziyalılar, millət vəkilləri ilə yanaşı 100-ə yaxın Şəhid ailəsi, Şəhid anası da iştirak edib.
Şəhid ailələri Aybəniz xanımın istəyi və arzusu ilə gecəyə dəvət olunublar.
Aybəniz xanım Şəhid analarına “Qəhrəman Analar”-deyə, müraciət edərək, onların hər birinə minnətdarlığını və təşəkkürlərini bildirib.
Gecədə şeirlər səsləndirilib, korifey Şövkət Ələkbərovanın repertuarına daxil olan mahnılar ifa edilib.
Eyni zamanda, Şövkət Ələkbərovanın öz ifaları, köhnə lent yazıları səsləndirilib.
Bir-birindən gözəl, təsirli, kövrək, duyğulu mahnılar oxuyan Aybəniz Haşımovanın ifası isə dəfələrlə gur alqışlarla qarşılanıb.
Gecədə həm də kövrək, təsirli, duyğulu anlar yaşanıb.
Gecə iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Həmçinin, tanınmış sənətçilərdən-Xalq artisti Aygün Bayramova, Əməkdar artistlər Firuzə İbadova və Almaz Orucova, o cümlədən, Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri, “Bülbülllər” qrupunun üzvləri öz ifaları ilə gecəyə xüsusi gözəllik, rəng qatıblar.
Gecə 3 saata yaxın davam edib.
22:40
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU
Etikxeber.az