Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün tanınmış və sevilən ifaçı, Əməkdar artitst Aybəniz Haşımova növbəti sənət uğuruna imza atacaq.
Tanınmış sənətçi rəhbəri olduğu Sənət Akademiyasının tələbələri ilə birlikdə solo konsert verəcək.
Etikxeber.az-ın xəbərinə görə, aylardır üzərində gərgin hazırlıq işləri gedən “Biri sənsən, biri mən” adlı solo konsert bu gün saat 19.30-da “Azdrama”da baş tutacaq.
Konsert proqramı xalq və bəstəkar mahınları ilə zəngin olacaq.
Konsert haqqında isə sevilən sənətçi qısaca olaraq bunları qeyd edib:
“Akademik Milli Dram Teatrında baş tutacaq konsertimizə tam hazırıq.
Konserti-axşamı səbrsizliklə gözləyirəm”.
Qeyd edək ki, konsertdə tamaşaçılarla yanaşı, tanınmış sənətçilər də iştirak edəcək.
Aybəniz xanıma və tələbələrinə uğurlar!
Etikxeber.az