Aybəniz Haşımovadan media mənsublarına müraciət: “Kökündən necə kəsirsinizsə…”

Tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımova media mənsublarına və televiziya izləyicilərinə müraicət edib.

Etikxeber.az-ın məlumatına görə, Əməkdar artistin “Facebook” vasitəsilə etdiyi müraciətində deyilir:

“Dəyərli jurnalistlərimiz və tamaşaçılarımız!
Sizi nə qədər çox sevdiyimi bir Allah bilir.
Amma kiçik bir iradımı qəbul edin, yəni, irad bildirəndə kökündən kəsib atmayın, sözlə öldürməyin səhvini düzəltmək şansı ola bilənləri və diri qalmaq istəyənləri…

Qardaş Türkiyənin “O Səs Türkiyə” yarışmasında dəfələrlə  söz yazarlarımıza və yaxud da, musiqilərimizə “anonim” yazarkən, sizlər də  çox doğru yazırsınız ki, qəlbimizə toxunurlar. Mən də bundan çox narahat olmuş və dəfələrlə qırılmışam ki, axı niyə?..Onlar bizim qardaşımızdır axı?..


Amma qurban sizə… İradı bildirəndə də elə edək  və elə başa salaq ki, bir də təkrarlanmasın, yoxsa, kökündən necə kəsirsinizsə, altını da sonradan istedadlı gənclərimiz çəkir… Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi belə oldu: h
azırda “O Səs Türkiyə” yarışmasında ən dəyərli səsli Zülfü Əsədzadəni, İlhamı, Müşfiq Əliyevi və diğər azərbaycanlı gözəl səsləri “ələdilər”…


Özü də necə yalvararaq, yəni, hər bir münsif öz qrupunda görmək istədiyi iştirakçıları, xüsusilə də, Zülfünü… 
Açığı deyim ki, mənim fikrim budur-onlar sizin yazdığınız haqlı iradların cavabını istedadlı balalarımızı yarışmadan “ələməklə” çıxdılar… Canları sağ olsun , təki Türkiyəmiz yaşasın, başı bəla görməsin, təki dərdləri bir yarışma dərdi olsun!

Azərbaycan, nə olursa-olsun, həmişə sizinlədir, Türkiyəm!”

Etikxeber.az

Read Previous

Qüdsdə yük maşını kütləyə çırpıldı, 4 nəfər öldü

Read Next

“Sumqayıt” futbol klubu Türkiyədə 3 yoxlama oyunu keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir