Aydın Abbasov: “12 senyabrda radikal müxalifət açıq şəkildə təxribata keçmişdi…”

Özümüz gözlərimizlə o gün şahidi olduq ki, müxalifətçilər polislərə qarşı necə amansız hücum edirdilər, hətta, onları döyürdülər, üstlərinə daş-kəsək atırdılar…Təbii ki, onların da qarşısı qanuni şəkildə alınmalıydı və alındı da

“1998-ci ilin məlum 12 sentyabr hadisələri barədə, yəni,  mənimlə bağlı sosial şəbəkələrdə gedən müzakirələrdə yazılan, deyilən bəzi məqamlar doğrudur”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında sabiq  millət vəkili, eks birinci vitse-premyer Abbas Abbasovun oğlu Aydın Abbasov bildirib. Onun sözlərinə görə, həmin vaxt Azərbaycanda prezident seçkiləri olduğu və atası A.Abbasov seçkilərlə bağlı Gəncəyə təhkim edildiyi üçün ata yurdları olan Gəncəyə gediblərmiş.

“O vaxt biz də cavan-gənc idik, 20-22 yaşlarımız vardı, nəsə özümüzü göstərmək, sözümüzü demək istəyirdik…Həmin vaxt da atam seçkilərlə bağlı Gəncəyə təhkim olunmuşdu, iş qrafiki də çox gərgin idi, hər gün görüşlərdə olurdu…Biz də 3 qardaş atamızla birgə tədbirlərə gedib-gəlirdik, iştirak edirdik, dediyim kimi, istəyirdik ki, dövlətimiz üçün nəsə edək…Ayın 12-si axşam da Bakıda ailəmizə çox yaxın olan adamlardan birinin toyu idi, toyda iştirak etmək üçün də yenidən 3 qardaş Bakıya qayıdası olduq. Mənim də evim Nizami küçəsində-“Azal”ın kassasının yanında yerləşirdi, onun da arxa tərəfi Xaqani küçəsidir…Biz də 3 qardaş saçımızı düzəltdirmək üçün bərbərdən çıxıb evə qayırdıq…Müxalifətin aksiyası ilə bağlı (sonradan bildik ki, nə məsələdir) yollar bağlı olduğu üçün də evə  “Hökumət evi” tərəfindən gəlmək, “protiv” dönmək məcburiyyətində qaldıq.. Elə yenicə maşından düşmüşdük ki, bizi polislər dövrəyə aldılar, çaş-baş qalmışdıq, nə baş verdiyini anlamaqda çətinlik çəkirdik… Biz onlara heç nəyi anlada, başa sala bilmirdik, yəni, nə qədər desək də ki, bizim mitinqlə, mitinqçilərlə-filanla heç bir əlaqəmiz yoxdur, filankəsik, filan yerdən gəlirik, onlar sanki başa düşmürdülər, başa düşmək istəmirdilər…Hətta, Bayram adlı bir nəfər polis polkovnik-leytenantı vardı, bizə yaxınlaşdı və biz də sevindik ki, ona vəziyyəti başa sala biləcəyik… Ancaq o, “biz Abbas Abbasovun uşaqlarıyıq” demişdik ki, bizi “təxribatla” məşğul olmaqda “günahlandırdı” və bizim polis maşınına əyləşdirilməyimiz əmr etdi… Atamınsa baş verənlərdən xəbəri yoxuydu…Ancaq sonradan atama xəbər çatdırılıbmış ki, bəs bizi döyüblər, atam da az qala dəli olubmuş ki, bizim mitinqlə axı, nə əlaqəmiz, bir hara-mitinq hara…Yəni, bunu eşidən kimi, atam bir neçə nəfərlə  dərhal hadisə baş verən məkana gəldi, bizdən nə baş vediyi, nə üçün belə bir vəziyyətlə üzləşməyimizlə maraqlandı, biz də vəziyyəti olduğu kimi ona danışdıq…O da həmin polislərə-xüsusilə, polis adına yaraşmayan Bayram adlı polis işçisinə dişinin dibindən çıxanı dedi və bildirdi ki, əslində siz bizə qarşı təxribat edirsiniz, bizim ailənin adını hallandırmaq istəyirsiniz…O vaxt həmin hadisə belə olmuşdu… Əslində isə o vaxt müxalifət dövlətə, dövlətçliyə qarşı çıxış edirdi, açıq formada təxribatla məşğul olurdu. Özümüz gözlərimizlə o gün şahidi olduq ki, müxalifətçilər polislərə qarşı necə amansız hücum edirdilər, hətta, onları döyürdülər, üstlərinə daş-kəsək atırdılar…Təbii ki, onların da qarşısı qanuni şəkildə alınmalıydı və alındı da, çünki dövlətlə, dövlətçiliklə dövlətçilik etmək olmaz. Heç kimə belə bir haqq verilməyib. Dövlətə, dövlətçiliyə qarşı çıxan hər kəs qanuni cəzasını almalıdır, alır və alacaq da. Amma yenə deyirəm,  burada bizlik bir məsələ yox idi, anlaşılmazlıqdan belə bir vəziyyət-hadisə bizim də başımıza gəlmişdi…Yəni, insan döyülər də, tənqid olunar da, amma heç vaxt kişliyini itirməz, əqdəsini dəyişməz. Şəxsən biz, bizim ailə hər zaman Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin və ölkə rəhbərinin yanında olmuşuq, Ölkə rəhbərliyinin siyasətini dəstəkləmişik və bundan sonra da dəstkləyəcəyik. Buna kimsənin şübhəsi olmasın”-deyə, A. Abbasov daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Ermənistanın Azərbaycana təcavüzünə dair İƏT çərçivəsində Kontakt Qrupunun ilk iclası olacaq

Read Next

Millət vəkili turistlərdən danışdı : “Öz ölkələri ilə bizim ölkə arasında insan körpüsünə çevrilirlər”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir