Aydın İbrahimova Prezidentin fərdi təqaüdü veriləcək

Ölkə prezidenti  İlham Əliyev  Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Aydın Əli oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

Read Previous

Anar Hüseynov Yunanıstana, Məmməd Talıbov Meksikaya, Cəlal Mirzəyev İndoneziyaya – SƏFİR GÖNDƏRİLDİ – SƏRƏNCAMLAR – YENİLƏNİB

Read Next

“Gənc nəslin lazımi tərbiyə olunması hökumətin diqqət mərkəzindədir” – VİTSE-PREMYER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir