Aydın Mirzəzadə də “10 iyul”dan yazdı…

10 iyul axşamı Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş bir provokasiyadır.

Qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsi, nə də dinlə heç bir aidiyyatı yox idi.

polisler

İki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir.

Bir müddət əvvəl Gəncənin icra hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycan çaşqınlıq və gərginlik salmaq istəyindən xəbər verir.

Görünür xaricdə müəyyən anti-Azərbaycan dairələri Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir.

Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər.

ganca

Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarşıqlıq yaratmağa cəhd edirlər.

Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o heç zaman qara qüvvələrin arxasınca getməyəcək.

Hadisələr göstərir ki, dövlətimiz, sabitliyimizi, inkişafımız hər an qorumalıyıq və biz buna qadirik.

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

“…Başa düşmək mümkün deyil” – ƏLİ HƏSƏNOVDAN ETİRAZ

Read Next

Heç bir emosiyasız… – VÜSALƏ MAHİRQIZININ YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir