Aydın Mirzəzadə: “Şəhid ailələrinə verilən müavinət 100 manata qaldırılsın”

Millət vəkilləri şəhid ailələri, Xocalı, xocalılarla bağlı bir sıra maraqlı təkliflər səsləndirdilər

Etikxeber.az xəbər verir ki, millət vəkili Əflatun Amaşov parlamentin  plenar iclasında şəhid ailələrinə ödənilən birdəfəlik 10 min manat  sığorta pulunun artırılmasını təklif edib. Millət vəkili deyib ki, Azərbaycanda elə şirkət var ki bir işçisinin həyat sığortasına  görə 100 min manat vəsait ödəyir: “Bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə isə cəmi  11 min manat sığorta pulu ödənilir. Bu məbləğin artırılması şəhid ailələri üçün müsbət hal olardı”. 

Millət vəkili Aydın Mirzəzadə də həmkarının fikirlərini dəstəkləyib. Qeyd edib ki, büdcəmizdə bunun üçün kifayət qədər vəsait var: “ Ona görə də şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırıb 100 min manata çatdırmaq lazımdır”.

“Xocalıdan olan şəhidlərin 12- nin məzarı Bakıda, 50-nin isə məzarı paytaxtdan kənar yerlərdədir. Rayon mərkəzindən kənarda olan kənd yerlərindəki 50  şəhid  məzarı baxımsız vəziyyətdədir. Bir rayon rəhbərliyi tərəfindən  məzarlara baxım edən yoxdur”. Bunu isə  millət vəkili Elman Məmmədov deyib. O, qeyd edib ki, 1992- 93-cü illərdə məzarların üstü xala o vaxtın şərtlərinə uyğun götürülüb: “Cəmi 50 şəhid məzarıdır. Dəfələrlə o rayonların rəhbərlərinə məzarların düzəldilməsi üçün müraciət olunub. Amma əməl edən yoxdur. Prezident şəhid ailələrinə diqqət ayırır. Ama yerlərdə onlara diqqət göstərilmir”.

Millət vəkili eyni zamanda, Xocalıya işğal olunmuş şəhər, xocalılara isə işğala  məruz qalmış şəxs statusu verilməsini təklif  edib.

Etikxeber.az

Read Previous

“Korrupsiyaya qarşı Mübarizə İdarəsi Baş Prokurorluğun tərkibindən çıxarılsın” – TƏKLİF

Read Next

Novruzov: “Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir