“Dəyərli sənətkarımız Yalçın müəllim Rzazadəyə zəng etdim, hal-əhvalını soruşdum”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
O, qeyd edib ki, Xalq artisti artıq müalicəyə başlandığını, həkim nəzarətində olduğunu bildirib.
“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın onun müalicəsini nəzarətə götürməsindən çox razı qaldığını, onun humanistliyinə və insanlara qayğısına görə ona çox-çox təşəkkür etdiyini bildirdi.
İstedadlı sənətkarımıza xalqımızın böyük sevgisinin olduğunu bildirdim və ona tezliklə sağalmağı arzuladım”-deyə, millət vəkili sonra qeyd edib.
Etikxeber.az