Aydın Mirzəzadə yenidən cari məsələlər üçün vaxtın-ARTIRILMASINI TƏKLİF ETDİ, SPİKER İSƏ DEDİ Kİ…

Millət vəkili Aydın Mirzəzadə parlamentdə növbəti dəfə çıxışında cari məsələlər üçün çıxış vaxtının 30 dəqiqədən 1 saata qaldırılmasını təklif edib. 

Etikxeber.az xəbər verir ki, A. Mirzəzadə həmçinin, deputatların çıxışı üçün ayrılan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini, o cümlədən, hesabatlar, məruzələr üçün nəzərdə tutulan vaxtın azaldılmasını da təklif edib. 

Spiker Sahibə Qafarova isə deputatın təkliflərinə cavab verib.

Spiker bildirib ki, 30 dəqiqəlik vaxtı bir saata qaldıra bilməyəcək:

“Çünki bizim fasilədən kənar 4 saat iclasımız olur. Bundan əlavə, mən həmişə imkan olan kimi deputatlara söz verirəm. Məruzələr üçün isə 20 dəqiqə bəzən kifayət deyil. Deputatların 10 dəqiqəlik çıxış vaxtı var. Lazım olanda sizin razılığınızla bu vaxt 5 dəqiqəyə qədər azaldılır. Mən  keçən dəfə də sizə dedim ki, bu 30 ildə bu təklifləri niyə vermirdiniz?! Bunu da mətbuatda hamı yazdı. İndi yenə də deyirəm ki, siz bu təklifləri ilbəil həyata keçirməyə çalışardınız. Mən də indi hər hansı qərara gələ bilərdim”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Payız sessiyasında telekanallarından birində MM-in fəaliyyətini işıqlandıran 1 saatlıq proqram yayımlanacaq”-SPİKER

Read Next

“Təzadlı mənzərədir, lakin nəticə bizim xeyrimizədir…”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir