Aydın Mirzəzadə Artur Rasi-zadəyə müraciət edəcək…

“Dünən mətbuatda Mingəçevir şəhərində şəhid ailələri tərəfindən qurulmuş şəhid bulaqlarına sayğac qoyulması barədə məlumat oxudum. Xəbər mənim üçün yeni idi, heç zaman bu problemlə bağlı mənə müraciət edilməmişdi. Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladım”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, məlum olub ki, bu “Azərsu” ASC-nin  bütün su istifadəçilərinə olan tələbidir.

“Bü gün bayramqabağı tədbirlər günü olduğu üçün məsələnin araşdırılaması iyunun 16 – a qaldı.

Birisi gün mütləq “Azərsu”-nun sədri Qorxmaq müəllim Hüseynovla danışacağam. Əgər orda məsələ həll edilməsə, Baş nazir Artur müəllim Rasi-zadəyə çıxacağam.

Hesab edirəm ki, şəhid adları bizim üçün əzizidir və onların adlarını daşıyan bulaqlara sayğac qoyulması düzgün deyil”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan 12-13 il ərzində iqtisadiyyatını 300-350 faiz artırıb” – BAŞ NAZİRİN MÜAVİNİ BELƏ İDDİA EDİR

Read Next

Fikrət Fərəməzoğluna 7 il həbs verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir