Aydın Mirzəzadə Şəhid xanımının problemini həll etdi

 

“Bir müddət əvvəl ötən ilin “Aprel döyüşləri”ndə şəhid olmuş bir zabitin həyat yoldaşının bir problemlə bağlı mənə müraciət etdiyini yazmışdım.Bir qədər gec olsa da, problemin həllinin nəticəsi barədə məlumat vermək istəyirəm”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə öz “Facebook” səhifəsində yazıb.

O, yazıb ki, Təhsil Nazirliyinin ciddi səyi nəticəsində problem öz həllini tapıb.

“Məsələnin həllinə göstərdikləri qayğıya, fərdi yanaşmaya, şəhid ailəsinə xüsusi münasibətə görə Təhsil Nazirliyinin kollektivinə, məsələni şəxsi nəzarətə götürmüş nazir cənab Mukayıl Cabbarova öz təşəkkürümü bildirirəm“-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

 

Read Previous

“Bakı-Tbilisi-Qars” inkişafda və sabitlikdə yeni mərhələ olacaq” – ELDAR İBRAHİMOV

Read Next

“Bu, Azərbaycanın tarixi qələbəsidir…” – VAHİD ƏHMƏDOV – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir