Aydın Mirzəzadədən – AXCP VƏ “MÜSAVAT”A SƏRT SÖZLƏR

 Siyasətin iştirakçısı olan həmişə tənqidə və əks arqumentə hazır olmalıdır. Əgər radikal müxalifət hesab edirsə ki, onlar toxunulmazdır və həmin düşərgə ilə polemika etmək olmaz, mənə elə gəlir ki, bu, artıq onların totalitar düşüncəsini və qeyri-demokratikliyini göstərir.

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə AXCP  və Müsavat Partiyası rəsmiləri tərəfindən son zaman onlara qarşı atılan addımların arxasında hakimiyyətin Qarabağ məsələsi ilə bağlı maraqlarının və bu yöndə məqbul olmayan razılasmaya hazırlaşılmasının dayanması ilə bağlı səsləndirilən iddialara münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, digər tərəfdən isə nəinki son dövrlərdə, həmişə AXCP də, Müsavat da cəmiyyətin demokratik kəsimi, ziyalılar tərəfindən çox ciddi tənqidlərə məruz qalıb.

“O baxımdan ki, onların siyasəti milli maraqlara cavab vermir. Onlar üçün sadə vətəndaşın probleminin həlli əsas deyil, əsas özlərinin partiya maraqlarıdır. Onlar  heç vaxtı Dağlıq Qarabağ məsələsini öz siyasətlərinin aparıcı hissəsinə çevirmirlər. Xarici ölkə səfirləri ilə görüşlərdə  və xarici ölkələrə səfərlər zamanı bu məsələləri heç bir zaman qabartmırlar.  Yəni, bunun özü göstərir ki, onlar milli düşüncədən, milli hisslərdən uzaqdırlar.

Həmçinin, onların  hərəkətlərində cinayət tərkibi varsa, cəmiyyət buna heç vaxt susa, laqeyd qala  bilmir.  Məsələn, şəhərin mərkəzində, metrostansiyasının girişində mitinq təşkil edəndə cəmiyyət onlara susmalıydımı? Və yaxud da, bu gün xaricdə Müsavat Partiyasının verdiyi saxta vəsiqələrlə mühacir statusu alınması məsələsi ifşa olunanda cəmiyyət buna susmalıydımı?

Onlar cəmiyyətin maraqlarına və qanunlara uyğun hərəkət etsinlər ki, cəmiyyət də onların siyasətsizliyini, onların milli maraqlardan uzaq düşdüyünü dəfələrlə vurğulamasın. Belədə isə bunlar əslində  yarandığı gündən bu cür siyasət yeridirlər.

Və mən hesab etmirəm ki, qısa zamanda da bunlar dəyişə bilərlər…”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir” – CƏMİL HƏSƏNLİ

Read Next

Milli Məclisin iclası çağırıldı – 21 MƏSƏLƏNİN MÜZAKİRƏSİ NƏZƏRDƏ TUTULUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir