Aydın Qurbanovun vəfatı ilə bağlı ictimaiyyət vaxtında məlumatlandırılıb – BAŞ PROKURORLUĞUN İDDİASI

Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs – Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq, iyulun 9-da saat 21:50-də vəfat edib.

Bu barədə Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, A.Qurbanovun cəsədi ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iyulun 10-da saat 00:20-də Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib.

Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib.

Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Bundan sonra həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub.

Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olub və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib.

Etikxebe.az

Read Previous

“XOŞ ƏHVAL-RUHİYYƏ İLƏ QAYIDASINIZ” – Spiker – Növbədənkənar sessiya bitdi

Read Next

“Avro 2020”nin oyunlarına bilet satışının birinci mərhələsinə yekun vurulacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir