Aygün Bayramova Nəzakət Teymurovaya görə “üsyan” etdi…

Azərbaycanın xalq artisti Aygün Bayramova həmkarı və yaxın rəfiqəsi Nəzakət Teymurovanın uzun illər fəaliyyət göstərdiyi Akademik Opera və Balet Teatrını birdəfəlik tərk etməsinə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, A.Bayramova  mətbuata açıqlamasında deyib ki,  N. Teymurova teatrla normal şəkildə yollarını ayırıb və heç bir incikliyi olmayıb:

“Nəzakət xanım məndən də qabaq Opera və Balet Teatrında işləyib. 15 il də mən çalışmışam, müxtəlif rollar oynamışıq. İl yarımdır teatrda işləmirəm. Nəzakət xanım da artıq Opera və Balet Teatrında çalışmayacağını bildirib. İndi muğam müsabiqələrində tanınan gənclər gəlib teatrın zəhmətini çəksinlər. Zamanında gözəl Leylilərimiz olub. Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Aygün Bayramova. Məcnunlar da eynilə, Arif Babayev- ustadım gözəl Məcnun obrazını yaradıb. Rəhmətlik Baba Mahmudoğlu, Canəli Əkbərov, Mənsum İbrahimov, Səbuhi İbayev kimi “Məcnun”larımız olub”.

A. Bayramovanın sözlərinə görə, opera səhnəsi çox fərqli səhnədir:

“Orada həm aktrisa, həm ifaçı olursan, bütövlükdə obraz yaradırsan. Hər kəs teatra gəldiyi günü çox gözəl xatırlayır, o səhnədə zəhmət və əziyyət daha çoxdur. Opera və Balet Teatrına gələndə aktrisa kimi deyil, ifaçı kimi gəlirik. Şəxsən özüm Leyli obrazı üzərində 7 ay çalışmışam. Demək olar ki, günün çox hissəsini teatrda keçirmişəm. Sənətini, səhnəni sevən zəhmət çəkməlidir. Bu, mütləqdir. Səs yaxşı ola bilər, amma obraz alınmaz. Bugünki tamaşaçı hər şeyi gözəl bilir. Gənclərdən kim ki “Leyli və Məcnun”u ifa edəcək, sənətlərinə mükəmməl yanaşmalıdırlar, obrazı sevib oynasınlar, gənclərə yaxşı mənada yadda qalmağı arzulayıram”.
Qeyd edək ki, xalq artisti Nəzakət Teymurova açıqlamasında bir daha ayağını Opera və Balet Teatrına qoymayacağını və opera səhnəsinə çıxmayacağını bildirib:

“Öz ərizəmlə işdən getmişəm. Bunun üçün öz səbəblərim var. Heç vaxt kiməsə ixtiyar vermərəm və kiməsə şərait yaratmaram ki, məni işdən azad eləsin. Görəndə ki, o yerdən getmək lazımdır, ərizəmi yazdım və getdim. Bundan sonra heç vaxt məni səhnədə Leyli kimi görməyəcəksiniz”.

aygun-naza

Etikxeber.az

Read Previous

Daha bir marşrut xəttinin hərəkətində dəyişiklik edilir

Read Next

Quba və Qusarın dağlıq ərazilərinə 15 santımetrədək qar yağdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir