Aygün Səmədzadə “Türk ordusuna” “Bismillah” dedi – FOTOLAR

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə Türkiyənin “TRT Avaz” telekanalında proqramı yayımlanıb.

Etikxeber.az-ın xəbərinə görə, proqram, həmçinin ölkəmizdə İctimai Televiziya vasitəsilə də izlənilib.

Konsert Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Türkiyənin Prezident Simfonik Orkestri (dirijor, Xalq artisti Yalçın Adıgözəlov) və TRT Dövlət Xorunun ( bədii rəhbər Xalq artisti Elnarə Kərimova) müşayiəti ilə iki qardaş ölkənin solistləri tanınmış bəstəkarların əsərlərini ifa ediblər. Belə ki, konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Çırpınırdı Qara dəniz”, Asəf Zeynallının “Muğam”, Vasif Adıgözəlovun “Çanakkale içinde”, “Ninni” və “Ana”, Emin Sabitoğlunun “Şükriyyəm”, Muammer Sunun “Sakarya marşı” və “Karadeniz Marşı”, Aygün Səmədzadənin “Türk Ordusuna” və “Bismillah” əsərləri səsləndirilib. Təqdim olunan əsərlərin şeirləri Əhməd Cavad, Mehmet Akif Ersoy və Məmməd Seyid Ordubadiyə məxsusdur.

aygunn-12

aygun_semedzade1527748968

Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Əlixan Səmədov, və Azərin, istedadlı vokalçılar Orxan Cəlilov və Nigar Cəlilova, skripkaçı Ceyla Seyid, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür Savaş Gençtürkün çıxışları konsertə rəngarənglik qatıb.

Qeyd edək ki, konsertdə Xalq artisti, bəstəkar Aygün Səmədzadənin Cümhuriyyətin böyük şairi Əhməd Cavadın sözlərinə yazılmış iki əsəri – “Türk ordusuna” və “Bismillah” həm premyera, həm də məxsusi kompozisiya kimi xüsusi rəğbətlə qarşılanıb.

Bu barədə fikirlərini bölüşən Aygün Səmədzadə mətbuata açıqlamasında deyib ki, belə bir möhtəşəm tədbirdə iştirak etməyimdən olduqca məmnundur.

“Cümhuriyyətin 100 illiyi ilə bağlı mövzulara tez-tez müraciət etdiyimə, dövrün ab-havasını içdən duyduğuma, tariximizin hər bir qürur səhifəsinə azərbaycanlı kimi sevgimə görə buradayam və bununla qürur duyuram. Əsərlərimin bu sanballı sıralamada yer aldığına görə mənimlə bərabər sevinənlərə, sənətimlə fəxr edənlərə, bizi bu günə layiq bilənlərə minnətdaram. Bu tədbirdə böyük zəhmətlə bərabər çalışdığımız bütün tanınmış sənət adamlarına, başda maestro Xalq artisti Yalçın Adıgözəlov olmaqla, Xalq artisti Elnarə Kərimovaya, Ayaz Qəmbərliyə, Əhməd Cavad ailəsinə, əsərlərimi səsləriylə gözəl təqdim edən Nigar və Orxan Cəlilovlara təşəkkürümü bildirirəm. Layihələrdə bərabər calışdığımız və əsərlərin ilkin versiyalarının təqdimatında iştirak edən Əvəz Muradova, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov və Bəxtiyar Həsənə və bütün yaradıcı heyətə minnətdarlığımı bildirirəm”-deyə, A. Səmədzadə sonra deyib.

K. HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Müdafiə naziri təlimlər keçirilən bölgəyə getdi – FOTO

Read Next

Ələt azad iqtisadi zonası ilə əlaqədar İşçi qrupu yaradıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir